Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şəmkir sakini qəza törətdi

Şəmkir sakini qəza törətdi

Şəmkir sakini ağacdan yıxılaraq xəsarət aldı (22 Mart 2017 21:44)
Tovuza qonaq gələn Şəmkir sakini xəsarət aldı (19 Mart 2017 04:44)
Bakıda sərnişin avtobusunu qaçıran şəxs qəza törətdi (11 Mart 2017 13:28)

Tarix: 27 Dekabr 2015 09:05

Şəmkir sakini avtoqəza nəticəsində ağır yaralanıb. 

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Şəmkirdə sürücünün xəsarəti ilə nəticələn yol qəzası baş verib. Rayonun Çinarlı kəndində sürücü, Şəmkir rayon sakini, 36 yaşlı Ruslan Abbasov idarə etdiyi avtomobilin idarəetməsini itirib və qəza törədib. Nəticədə adıçəkilən şəxs ağır xəsarətlərlə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX)  travmatologiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti  ağır olduğu üçün o, reanimasiya şöbəsinə aparılıb. Həkimlər xəstənin çoxlu qan itirdiyini bildirib. Ona  sol bud sümüyünün aşağı üçdə birinin sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Teqlər:  Şəmkir sakini qəza törətdi



RƏYLƏR


Top xəbərlər