Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Terrorçular kəndi yandırıb 14 nəfəri qətlə yetirdilər

Terrorçular kəndi yandırıb 14 nəfəri qətlə yetirdilər

Date: 27 December 2015 09:42

Nigeriyanın şimal-şərqində "Boko Haram" terror qruplaşmasının yaraqlılarının hücumu nəticəsində 14 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Kimba kəndinin polis nümayəndəsi Mustafa Karimbe məlumat verib.
"Yaraqlılar 14 nəfəri qətlə yetirdilər və bütün kəndi yandırdılar, daha sonra qaçdılar, bir neçəsi xəsarət aldı", - deyə AFP Karimbenin sözlərini sitat gətirir.

Onun məlumatına görə, cümə günü axşam yaraqlılar motosikletlərdə Kimba kəndinə basqın ediblər, yerli sakinlərə atəş açaraq evləri yandırıblar.

Milli.Az


Tags:  Terrorçular kəndi yandırıb 14 nəfəri qətlə yetirdilər


RƏYLƏR


Top news