Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Hiddink şikayətləndi

Hiddink şikayətləndi

Date: 27 December 2015 09:57

"İlk 4 pillədə qərarlaşa bilməyimiz üçün belə oyunlarda qələbə qazanmalı idik. Artıq çox çətindir. Təbii ki, rəqiblərimizin oyunundan da çox şey asılıdır. Lakin riyazi olaraq şansımız qalacağı təqdirdə komandanın mübarizəni əldən verməsini istəmirəm".

Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu sözləri "Çelsi"nin yeni baş məşqçisi Qus Hiddink Premyer Liqada "Uatford"la 2:2 bərabərə qaldıqları oyundan sonra deyib.

Komandasının matçın 80-ci dəqiqəsində penaltidən yararlana bilməməsinə də münasibət bildirən hollandiyalı mütəxəssis bunları dilə gətirib: "Komandanın iki qol buraxmasından sonra göstərdiyi reaksiya əla oldu. Oskarın penaltidən yararlana bilməməsi isə bəxtsizlik idi. Üzərində çalışmalı olduğumuz çatışmazlıqlar var. İrəliyə addımlar ata bilərik. Səhvlərimizdən dərs çıxarmalıyıq".

Qeyd edək ki, "Çelsi" Premyer Liqada geridə qalan 18 turdan sonra 19 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 

Milli.Az


Tags:  Hiddink şikayətləndi

RƏYLƏR


Top news