Azərbaycanlı usta məşhur avtomobil şirkətlərinin planlarını pozdu - VİDEO

Azərbaycanlı usta məşhur avtomobil şirkətlərinin planlarını pozdu  - VİDEO
10:05 27 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dünyanın məşhur avtomobil şirkətlərinin planlarını Azərbaycanda 40 ilə yaxındır avtomobil təmiri ilə məşğul olan Hüseyn İsmayılov pozub. Avtosfer.az-ın Space TV-yə istinadən verdiyi məlumata görə, bu sistemlə çalışan avtomobillərdə aktiv hibrid sistemi avtomobilin yük yerində olan batareya ilə müştərək işləyir. Bu sistem işləməyəndə əksər avtoservislər bunu dəyişməyi məsləhət görür. Amma "Hammer Hüseyn" ləqəbi ilə tanınan Hüseyn İsmayılov bu sistemi söküb təmir etməyi bacarır.

O, bu bacarığı ilə nəinki Azərbaycanda, hətta Avropada bir ilkə imza atıb. Mütəxəssis bildirir ki, bu sistemi dəyişmək ən azı 10 min manata başa gəlir. Amma bunu ucuz qiymətə təmir etmək də mümkündür. H.İsmayılovun sözlərinə görə, bu sistemi yalnız o halda dəyişmək olar ki, yanğın və ya ağır qəza onu ciddi zədələsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR