Azərbaycanda zəncirvari qəza, ölü və yaralılar var (FOTO)

Azərbaycanda zəncirvari qəza, ölü və yaralılar var (FOTO)
10:31 27 Dekabr 2015
155 Ölkə
Ölkə mətbuatı
A- A+

Zaqatalada bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Yevlax- Balakən magistral yolunun Zaqatala şəhərinin girişində, daha dəqiq Tala çayı üzərindən keçən hissəsində Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseyn Bayram oğlu Kərimovun idarə etdiyi 62-BD-725 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil digər bir şəhər sakininin idarə etdiyi 62-BD-773 dövlət nömrə nişanlı “VAZ 21074” markalı maşın və Zaqatala rayonunun Aşağı Tala kənd sakini Elvin Cəbrayıl oğlu Həsənzadənin idarə etdiyi 99- FP- 072 dövlət nömrə nişanlı “Lada Priora” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində “VAZ 2106” markalı avtomobilin sürücüsü 27 yaşlı Hüseyn Kərimov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Digər iki avtomobilin sürücüsü və “VAZ 21074” markalı avtomobildə olan sərnişinlər- Zaqatala şəhər sakinləri 1990-cı il təvəllüdlü Şükür Məhəmməd oğlu Səmədov və 1987-ci il təvəllüdlü Fərid Fazil oğlu Ramazanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Xəstəxandan “Lada Priora” markalı maşının sahibi Elvin Həsənzadənin vəziyyətinin ağır, digər yaralıların vəziyyətinin isə orta ağır olduğunu bildirdilər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.




Foto: APA

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=368273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR