Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı jurnalist Rusiya telekanalında ekspertləri susdurdu - VİDEO

Azərbaycanlı jurnalist Rusiya telekanalında ekspertləri susdurdu - VİDEO

Date: 27 December 2015 10:47

Rusiyada yaşayan azərbaycanlı jurnalist Fuad Malik oğlu Abbasov "Rus TV-Center" kanalında Rusiya-Türkiyə böhranı ilə bağlı müzakirələrdə rusları susduran cavablar verib.

Publika.az xəbər verir ki, F. Abbasov "Səs Haqqı" verilişinin aparıcısı Roman Babayanın Türkiyənin Şimali İraqa qoşun göndərməsi ilə bağlı sualını cavablandırarkən: "2014-cü ildə Rusiyanın "yaşıl adamcıqlar" adlandırdığımız əsgərləri Krımda nə edirdisə, Türkiyə əsgərləri də Şimali İraqda eyni şeyi edir", - deyə bildirib.

"Burada çoxlu sayda dövlət rəsmisi var və hər kəs öz bildiyi formada Türkiyə ordusunun Şimali İraqa girməsinin səbəblərini araşdırdı. Mən isə izləyicilərin anlayacağı şəkildə bəsit bir açıqlama vermək istəyirəm. Türkiyə ordusunun Şimali İraqda olmasının səbəbi, Rusiya ordusunun Krıma girməsi səbəbi ilə eynidir", - deyə o əlavə edib.

Onun bu sözlərindən sonra bütün studiyada səssizlik çöküb. Daha sonra Rusiyanın məşhur hərbi eksperti Vadim Pavloviş Liukaşeviç tək başına azərbaycanlı jurnalisti alqışlayıb.

Dəstək üçün Lukaşeviçə təşəkkürünü bildirən F. Malikoğlu çıxışına bu sözlərlə davam edib: "Əgər Krımın baş naziri Sergey Aksyonov Rusiyanın "yaşıl adamcıqlar" adlandırdığımız milləti bəlli olmayan əsgərlərini Krıma dəvət edirsə, bölgə lideri Bərzani da Türkiyə əsgərini Şimali İraqa dəvət edə bilir. Əgər Rusiya üçün Krımda Sevastopol varsa, Türkiyə üçün də Şimali İraqda Mosul vardır. Rusiya əsgəri Krıma girdiyi zaman Ukrayna prezidenti Poroşenkodan icazə aldımı? Xeyr. Rusiyanın Krımda fəaliyyət göstərməsi üçün Kiyevin sözü keçmirsə, Türkiyənin Şimali İraqdakı fəaliyyətlərində də Bağdadın sözü keçmir".

F. Abbasov qeyd edib ki, Türkiyə rəhbərliyi təyyarə hadisəsindən sonra Rusiya rəhbərliyinэ görüşmək üçün müraciət etsə də, qarşılığında "xeyr" cavabını aldı: "Əvəzində Rusiya rəhbərliyi Moskvada yaşayan türklərə təzyiqlər etdi. Məktəb şagirdləri və tələbələr deportasiya olundular. Türkiyə şirkətlərinə qarşı əsassız yoxlamalar başlandı. Türkiyə xarici işlər naziri isə Rusiya vətəndaşlarının kompakt şəkildə yaşadığı Alaniyaya səfər edərək, insanlara təsəlli verdi, onları sakitləşdirdi. Baş verənlərin onlara heç bir təsiri olmayacağı sözünü verdi. Bu studiyada bir neçə nəfər istisna olmaqla, hər kəs Türkiyəyə qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq etməyi dəstəkləyir. Heç kim təmas qurmaq, müzakirə aparmaq istəmir".

Verilişdə iştirak edən rusiyalı politoloq Dmitri Kulikov Abbasovun sözünü kəsərək: "Siz səhv etdiniz, yoxsa bilərəkdən bunları deyirsiniz?" - deyə bildirib.

"Bunu bir təxribat kimi qiymətləndirə bilərsiniz. Lakin İstanbul boğazlarından keçərkən Türkiyə torpaqlarına raketlər tuşlayan Rusiya əsgərinin təxribatı daha pisdir. Siz bunda heç bir təxribatın olmadığını deyə bilərsiniz, amma mən sizə bir misal çəkə bilərəm. Fikirləşin, bir banka gəlmisiniz və işinizi həll edərkən qəfil tapança çıxarırsınız. Bu təxribat deyilmi? Bunu ən yaxşı halda, təxribat, pis halda isə quldurdluq adlandırmaq olar. Bank olaraq İstanbul boğazlarını, ziyarətçi olaraq da Rusiya gəmisini fərz edək. Rusiya gəmisi boğazdan sakit keçmək əvəzinə, bir əsgər raket çıxarıb şəhərin Beşiktaş səmtinə tuşlayır və hər an atəş aça bilər. Sizcə, Türkiyə bunu necə qarşılamalıdır? Bu təxribat deyilmi?" - deyə azərbaycanlı jurnalist cavab verib.

Bu suala heç kim cavab vermədiyini görən verilişin aparıcısı Roman Babayan mövzunu dəyişdirərək, F. Abbasovdan: "Siz nə üçün bizim təyyarəmizi vurub, pilotumuzu öldürdükdən sonra kiminsə görüşəcəyini gözləyirsiniz?" - deyə soruşub.

F. Abbasovun bu suala cavabı belə olub: "Rusiya təyyarəsinin vurulması haqda çox fikirlər səsləndi və mənim əlavə edəcəyim heç bir fikrim yoxdur. Mən sizə Türkiyə rəsmilərinin mövqelərini yenidən xatırlada bilərəm. Amma bu heç nəyi dəyişməcək. Mənə qarşı burada səkkiz nəfər var. Mən hər birinizlə müzakirə aparıb doğru bildiyimi sübut edə bilərəm. Türkiyə hökuməti də eyni şeyi etməyə çalışır. Lakin bununla heç bir şey dəyişmir. Burada heç kim mənə qulaq asmaq istəmədiyi kimi, Türkiyəyə də qulaq asmaq istəmirlər. Türkiyə Xarici İşlər Nazirliyi rus pilotunun yaxınlarına başsağlığı verdi. Həmçinin, xristian dininin bütün ənənələrinə uyğun şəkildə Rusiya tərəfinə verildi. Bütün bunlar görüşmək üçün bir səbəbdir. Lakin təyyarənin vurulmasını araşdıran komissiya indiyə qədər qurulmayıb. Hər kəs öz mövqeyini müdafiə etməyə davam edir".

Rusiya hərbi eksperti İqor Korotçenko F. Abbasova üz tutaraq: "Bizim pilotumuz enərkən Türkiyə vətəndaşı tərəfindən güllələnib. Bizim helikopteri Türkiyə vətəndaşları vurdular. İnternetdə bunun video sübutları var. Nə üçün  onu bizə təslim etmədilər?" - deyə sual verib.

"Türkiyə vətəndaşı Alparslan sadəcə paraşütün bir parçasının əlində tutaraq foto çəkdirdi və özünü öymək üçün internetə yerləşdirdi. Lakin bu foto onun rus pilotunu öldürməsini sübut edə bilməz. Rus pilotunu başlarına bombalar yağan türkmanlar öldürdülər. Orada Türkiyə əsgərləri, yaxud türklərin hər-hansı bir cinayətinin sübutu yoxdur. Bir təyyarə türkmanların başına bomba yağdırırsa, təbii ki, oradakı türkmanlar də cavab atəşi açmaq istəyəcəklər", - deyə F. Abbasov Suriya türkmanlarını müdafiə edib.

Milli.Az


Tags:  Azərbaycanlı jurnalist Rusiya telekanalında ekspertləri susdurdu VİDEO

RƏYLƏR


Top news