Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın Qarası gedir?

"Qarabağ"ın Qarası gedir?

Date: 27 December 2015 11:42

"Qarabağ"ın oyunçusu Qara Qarayev Türkiyə Superliqasında oynayan "Mersin İdmanyurdu"ndan təklif alıb.

Bu haqda qol.az-a futbolçu özü məlumat verib. O, "Mersin İdmanyurdu"na "Qarabağ"la müqaviləsinin davam etdiyini deyib:

"Mən onlara bu məsələyə görə kluba müraciət etməyi məsləhət gördüm".

Qara bildirib ki, uzun illərdir "Qarabağ"da oynayır. Onun sözlərinə görə, komandanı yalnız Qurban Qurbanovun razılığı olandan sonra tərk edə bilər:

"O, müsbət cavab versə, Türkiyədə oynamağa etiraz etmirəm".

Qeyd edək ki, Bülənt Qorxmazın baş məşqçisi olduğu "Mersin İdmanyurdu" bu mövsüm ciddi maliyyə böhranı keçirir. Komandanın futbolçuları ötən ay maaşlarının gecikdirilməsinə etiraz olaraq məşqə çıxmayıblar. Futbolçular problemləri həll olunmasa, Türkiyə Superliqasında növbəti turun oyununda iştirak etməyəcəklərini bildiriblər.

Milli.Az


Tags:  Qarabağın Qarası gedir

RƏYLƏR


Top news