Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mədəni uçdu, fəhlələri axtardı, özünü öldürdü

Mədəni uçdu, fəhlələri axtardı, özünü öldürdü

Date: 27 December 2015 11:52

Çində uçaraq faciəyə səbəb olan gips mədəninin sahibi intihar edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Ma Konqbonun meyidi bu gün müəssisə ərazisindəki quyudan tapılıb.
O, özünə qəsd etməzdən əvvəl dağıntılar altında qalanların axtarışında iştirak edib. Son məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb, 11 nəfəri xilas etmək mümkün olub. Hazırda 17 mədənçi dağıntılar altındadır, onların aqibəti məlum deyil.
Çində əmək təhlükəsizliyinə riayət etməməyə görə şirkət rəhbərləri və yerli məmurları həbs cəzası gözləyir.
Pini qəzasındakı mədəndə qəza dekabrın 25-də baş verib. Dağıntının səbəbləri araşdırılır.

Milli.Az


Tags:  Mədəni uçdu fəhlələri axtardı özünü öldürdü


RƏYLƏR


Top news