ABŞ polisi il ərzində minə yaxın ölkə vətəndaşını öldürüb

ABŞ polisi il ərzində minə yaxın ölkə vətəndaşını öldürüb
12:12 27 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Amerika polisi 2015-ci il ərzində minə yaxın dinc vətəndaşı ölümcül yaralayıb.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" nəşrinin araşdırmasında deyilir.
2015-ci il 24 dekabr tarixinə olan məlumata əsasən, ümumilikdə 965 dinc ABŞ vətəndaşı polis zorakılığının qurbanı olub. Onlardan 564 nəfəri polislə toqquşma zamanı tapança ilə silahlı olub, 281 nəfərdə başqa tipli silah olub, 90 nəfərdə isə silah olmayıb.

Nəşrin məlumatına görə, bir qayda olaraq, polis tərəfindən atəş açmaq üçün əsas səbəb irqi əlamət olaraq qalır. Nəşrin baza məlumatlarına görə, Birləşmiş Ştatların ümumi əhalisinin 6 faizini afroamerikalılar təşkil etməsinə baxmayaraq, 2015-ci ildə polis zorakılığının qurbanı olan vətəndaşların 40 faizini məhz qaradərili amerikalılar təşkil edib. Əksər hallarda polisin atəş açdığı şəxs ağdərili olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393424.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR