Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlikdən Yeni illə bağlı əhaliyə xəbərdarlıq

Nazirlikdən Yeni illə bağlı əhaliyə xəbərdarlıq

Date: 27 December 2015 12:56

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.

Axşam.az nazirliyin saytına istinadla xəbər verir ki, FHN Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsinin xeyli artdığı barədə xəbərdarlıq edib.

Nazirlik evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacının yerə möhkəm bərkidilməli, ağacın budaqlarının tavana və divarlara toxunmamalı olduğunu qeyd edib. Qaydalara görə işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməlidir. Həmçinin bayram şənliyi ikinci mərtəbədən yuxarıda keçirilməməli, şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı, pəncərədə dəmir barmaqlıq olmamalı, məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi vurulmalı, otağın qapıları mütləq bayıra açılmalı, məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı, şənlikdə işıq tam söndürülməməli, tezalışan materialdan paltar geyinilməməli, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Nazirlik vətəndaşları təhlükə zamanı 112-yə zəng etməyə çağırıb.


Tags:  Nazirlikdən Yeni illə bağlı əhaliyə xəbərdarlıq

RƏYLƏR


Top news