​“Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti tapılıb

​“Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti tapılıb
13:17 27 Dekabr 2015
235 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti tapılıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, neftçinin cəsədi Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60km uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlamışdır. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılmışdır. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilmişdir.
Məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşmüşdür. 

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/gunesli-yataginda-bas-vermis-qeza-neticesinde-itkin-dusenlerden-daha-birinin-meyiti-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR