“Günəşli” yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti tapılıb

13:18 27 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHA) Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60 kilometr uzaqlıqda “Berkar” gəmisi kişi cəsədi aşkarlayıb. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılıb. Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşmüşdür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gunesli_yataginda_bas_vermis_qeza_neticesinde_itkin_dusenlerden_birinin_meyiti_tapilib-914784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR