​FHN Yeni il bayramında yanğın təhlükəsizliyi ilə bağlı müraciət yayıb

​FHN Yeni il bayramında yanğın təhlükəsizliyi ilə bağlı müraciət yayıb
13:47 27 Dekabr 2015
23 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) qarşıdan gələn Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə videomüraciət ünvanlayıb.
"Report" qurumun saytına istinadən xəbər verir ki, müraciətdə bəzi təhlükəsizlik qaydalarına riayət olunması tövsiyə edilir.
Qeyd edilir ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır və odur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:
- şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
- pəncərədə dəmir barmaqlıq olmamalı;
- məkanın iki çıxışı olmalı;
- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
- otağın qapıları mütləq bayıra açılmalı;
- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
- şənlikdə işıq tam söndürülməməli;
- şənliyə tezalışan materialdan paltar geyinilməməli;
- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!


Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/fhn-yeni-il-de-yangin-tehlukesizliyi-ile-bagli-muraciet-yayib-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR