İsveçrə Prezidenti fəaliyyət dövrü üçün prioritetləri açıqlayıb

İsveçrə Prezidenti fəaliyyət dövrü üçün prioritetləri açıqlayıb
13:53 27 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+


Bern, 27 dekabr, AZƏRTAC
2016-cı ilin əvvəlində səlahiyyətlərinin icrasına başlayacaq İsveçrə Prezidenti Yohan Şnayder-Ammann fəaliyyət dövrü üçün prioritet istiqamətlərdən danışıb.
İsveçrə Teleradiosuna (SRF) verdiyi müsahibədə o, bir illik prezidentlik dövründə İsveçrənin milli pul vahidi frankın məzənnəsinin tənzimlənməsi, Avropa İttifaqı (Aİ) ilə münasibətlərin inkişafı və qaçqınlarla bağlı müxtəlif problemlərin həllinə xüsusi diqqət ayıracağını bildirib. O, bildirib ki, hazırda frankın məzənnəsinin yüksək olması ölkə sənayesi və ixracat üçün əngəldir və Aİ ilə ölkədə məşğulluğun səviyyəsini qaneedici səviyyədə saxlamaq üçün əmək bazarındakı sualların həll edilməsi vacibdir. Digər Avropa ölkələri kimi İsveçrənin də gələn il miqrasiya, qaçqın axını və siyasi sığınacaq problemləri ilə əhatə olunacağını bildirən Y. Şnayder-Ammann yerli kantonlarla problemin öhdəsindən gəlmək üçün birgə fəaliyyət planının hazırlanmalı olduğunu qeyd edib.
Gələn ilin əvvəlində İsveçrə prezidentliyi Simonetta Soomaruqadan bir il müddətinə Yohan Şnayder-Ammanna keçəcək. İqtisadiyyat, Təhsil və Tədqiqat üzrə Federal Departamentin rəhbəri Y. Şnayder-Ammann 2010-cu ildən hökumət (Federal Şura) üzvüdür.
 
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Isvechre_Prezidenti_fealiyyet_dovru_uchun_prioritetleri_achiqlayib-914785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR