Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Tacikistana humanitar yardım göndərdi (FOTO, VİDEO)

Azərbaycan Tacikistana humanitar yardım göndərdi (FOTO, VİDEO)

Date: 27 December 2015 14:08

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi cari ilin dekabr ayının 27-də Azərbaycan Hökuməti adından Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar ölkəyə humanitar yardım yola salıb.

Trend-ə nazirliyin mətbuat xidmətindən verilən məlumata əsasən, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.

Qeyd edək ki, humanitar yardımın yola salınması mərasimində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Tacikistan Respublikasının ölkəmizdəki səfirliyinin 1-ci katibi Salimi Xatloni iştirak etmişlər.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan Tacikistana humanitar yardım göndərdi FOTO VİDEO

RƏYLƏR


Top news