Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İki nəfəri qətlə yetirən Azərbaycan vətəndaşı Rusiyada tutuldu

Date: 27 December 2015 14:22

Rusiyanın Smolensk vilayətində iki nəfəri güllələmiş Azərbaycan vətəndaşı həbs edilib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, həmin azərbaycanlı qətli 2011-ci ildə Moskvada törədib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, həmin il noyabrın 6-da Moskvanın Varşavsk şossesindəki kafelərdən birində mübahisə zəminində Azərbaycan vətəndaşı üç tanışına atəş açıb. Onlardan ikisi ölüb, biri yaralanıb. Qətli törədən 29 yaşlı azərbaycanlı Smolenskin dəmiryol vağzalında yaxalanıb.

Milli.Az


Tags:  İki nəfəri qətlə yetirən Azərbaycan vətəndaşı Rusiyada tutuldu

RƏYLƏR


Top news