Ər-Riyadda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş mərasim keçirilib

14:33 27 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Ər-Riyad, 27 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistandakı səfərliyimiz tərəfindən Ər-Riyad şəhərinin nüfuzlu “Riyad Sarayı”nda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirib.
Tədbirdə Səudiyyə Ərəbistanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, ziyalılar, türk diasporlarının nümayəndələri, iş adamları, bu ölkədə yaşayan həmvətənlərimiz və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə Prezident İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına ünvanlandığı müraciətin mətni oxunub.
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün soydaşlarımız üçün ən əziz bayrama çevrildiyini bildirən səfir Rasim Rzayev bu günün xalqımızın həyatındakı əhəmiyyətindən söhbət açıb. Diplomat qeyd olunan bayramı dünyanın müxtəlif guşələrində məskunlaşan həmyerlilərimizin birliyi istiqamətində atılmış ən dəyərli addım kimi qiymətləndirib.
Ulu Öndərimizin möhkəm təməl üzərində qurduğu Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini diqqətə çatdıran R.Rzayev respublikamızın hərtərəfli yüksəlişi, ölkəmizin dünyadakı nüfuzunun sürətlə artması və xaricdə yaşayan həmyerlilərimizin problemlərinin həlli istiqamətində aparılan məqsədyönlü siyasət haqqında iştirakçılara geniş məlumat verib.
Sonra ölkəmizin tarixi və müasir inkişafına aid sənədli filmlər nümayiş olunub.
Tədbir ziyafətlə davam etdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ar_Riyadda_Dunya_Azerbaycanlilarinin_Hemreyliyi_Gunune_hesr_olunmus_merasim_kechirilib-914789

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR