Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Tacikistana humanitar yardım göndərib

Date: 27 December 2015 14:44

Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Azərbaycan hökuməti adından Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.

 

Qeyd edək ki, humanitar yardımın yola salınması mərasimində fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Tacikistanın Azərbaycandakı  səfirliyinin I katibi Salimi Xatloni iştirak ediblər. 


Tags:  Azərbaycan Tacikistana humanitar yardım göndərib

RƏYLƏR


Top news