Afaq Bəşirqızı: "Ani oldu"

14:52 27 Dekabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Afaq Bəşirqızı ilk dəfə efirdə ürəyindən əməliyyat olunmasından danışıb.

Big.az-ın məlumatına görə, xalq artisti bildirib ki, anidən ürəyi ağrıyıb və ona ürək-damar çatışmazlığı diaqnozu qoyulub:

"Bir dəfə də olsun əlimi ürəyimə aparıb ürəyimdən şikayət etməmişdim. Çox qəribədir. "Ürəyim ağrıyır" sözünü heç vaxt ağzıma almamışdım. Ani oldu və hiss elədim ki, bu ağrıdan qurtarmaq mümkün deyil. Getdim həkimə. Ürək-damar çatışmazlığı diaqnozu qoyuldu. Allaha min şükür, əməliyyat yaxşı oldu". 

Qeyd edək ki, xalq artisti ATV-nin efirində yayımlanan "V Element" verilişinin qonağı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/393448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR