“AGBank Forex” yeni sayt yaradıb

14:53 27 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 27 dekabr, AZƏRTAC
“AGBank Forex” tam yenilənmiş çox funksional internet portalını istifadəçilərin ixtiyarına verib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, peşəkar, eləcə də ticarətə yeni başlayan treyderlərin yaranan suallarını və tələblərini nəzərə alaraq “AGBank Forex” istifadədə daha praktik və daha rahat yeni sayt yaradıb. Məzənnə, spredlər, iqtisadi təqvim və “onlayn” məsləhətçi bölmələri saytın hər səhifəsində aktivdir. Şəxsi kabinet bölməsi treydera əməliyyat və hesablarını “onlayn” rejimdə idarə etmək imkanını verir. Ticarətə yeni başlayanlar üçün saytda virtual “Demo” hesab açmaq imkanı da yaradılıb.
Ətraflı məlumatı “AGBank”ın “135” məlumat mərkəzindən və www.forex.agbank.az saytından əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AGBank_Forex_yeni_sayt_yaradib-914791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR