Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

105 illik antirekordu təkrarladılar

Date: 27 December 2015 14:57

Premyer Liqanın 18-ci turunda "Southampton"a 4 cavabsız qolla uduzan "Arsenal" uzun müddətli antirekordunu təkrarlayıb. Goal.az xəbər verir ki, "Arsenal" 1910-cu ildən sonra "Boxing day" periodunda ən böyük hesablı yenilgisini alıb. London klubu sonuncu dəfə bu periodda 105 il əvvəl "Manchester United"ə 0:5 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, Ronald Kumanın komandasına uduzan "Arsenal" turnir cədvəlində vahid lider olmaq imkanını da əldən verib.

Milli.Az


Tags:  105 illik antirekordu təkrarladılar

RƏYLƏR


Top news