Masallının “Dəfinə” məktəb-liseyi ikinci dəfə “İlin ən yaxşı məktəbi” seçilib

15:33 27 Dekabr 2015
38 Digər
Ölkə mətbuatı
A- A+


Masallı, 27 dekabr, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin “İlin ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında müvafiq Sərəncamına əsasən respublikamızda fəaliyyət göstərən 50 məktəb qazandığı uğurlara görə mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, bu il müvəffəqiyyət qazanmış məktəblər sırasında Masallı şəhərindəki “Dəfinə” məktəb-liseyi də var. Bu, 1997 ildən fəaliyyət göstərən təhsil müəssisəsinin sayca ikinci uğurudur.
Liseyin kollektivi bu uğuru təsadüfi hesab etmir. Məktəbin müəlliməsi Səriyyə Müxtarlı deyib ki, tədris zamanı müasir texnologiyanın tətbiqi təhsilin inkişafında əsas amilə çevrilib. Bu da şagirdlərin bilik və bacarıqlarının artmasına imkan verir. Hər il liseyin məzunlarının 78 faizi yüksək balla ali təhsil ocaqlarına qəbul olunur.
Liseyin direktoru Taleh Əkbərov bildirib ki, onlara verilən mükafat təhsil ocağında çalışan 48 müəllimin bundan sonra da daha çox uğur qazanmaq üçün səy göstərmələrinə təkan verəcək.
Qeyd edək ki, “Dəfinə” məktəb-liseyi 2008/2009-cu tədris ilində də Prezident İlham Əliyevin Sərəncamı ilə “İlin ən yaxşı məktəbi” adına layiq görülmüşdür.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallinin_Define_mekteb_liseyi_ikinci_defe_Ilin_en_yaxsi_mektebi_sechilib-914795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR