Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Banklar Assosiasiyası: Manatın kursunun kəskin dəyişəcəyi gözlənilmir

Date: 27 December 2015 16:28

Bakı. Trend:

Bəzi işbazlar tərəfindən Azərbaycan manatının kursunun kəskin dəyişəcəyinə dair əsassız və doğru olmayan şayiələr yayılıb. Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktorluğu bankların kifayət qədər xarici valyuta likvidliyinin olduğunu və müştərilərin xarici valyutaya olan tələblərinin tam yerinə yetirməsinə imkan verildiyini bildirir.

Belə şayiələrin əsassız olduğunu və müəyyən işbazların maraqlarına xidmət etdiyini, Azərbaycan manatının kursunun kəskin dəyişəcəyinin gözlənilmədiyini nəzərə çatdırır və əhaliyə bu şayiələrə inanmamağı tövsiyə edir.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycan Banklar Assosiasiyası Manatın kursunun kəskin dəyişəcəyi gözlənilmir

RƏYLƏR


Top news