Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ukraynada qeyd edilib

Date: 27 December 2015 16:33


Kiyev, 27 dekabr, AZƏRTAC 
Ukrayna Nazirlər Kabinetinin Qəbullar Evində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib. Bayram tədbiri Azərbaycanın səfirliyi və “Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu” Ümumukrayna İctimai Təşkilatı tərəfindən təşkil edilib.
Rəsmi hissədə Azərbaycanın Ukraynada müvəqqəti işlər vəkili Nazim Əliyev, İctimai Təşkilatın rəhbəri Hikmət Cavadov, Ukrayna xalq deputatı Maksim Kuryaçi, Ukraynada Azərbaycan diasporunu yaradanlardan biri Tələt Əliyev, “Azərbaycançılıq İnstitutu” Beynəlxalq İctimai Təşkilatının prezidenti Oleq Krapivin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ruslan Quliyev və ictimai xadim Lyudmila Suprun iştirakçıları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik ediblər.
Sonra dünya şöhrətli sənətkar Rəşid Behbudovun bacısı oğlu - tanınmış müğənni Cəfər Behbudovun iştirakı ilə konsert olub. O, Azərbaycan və Ukrayna bəstəkarlarının mahnılarını ifa edib. “Kiyevdə 1 nömrəli Qafqaz xalq rəqsləri məktəbi”nin “Qafqaz” ansamblının ifasında Azərbaycan xalq rəqsləri də tədbir iştirakçılarına xoş əhval-ruhiyyə bəxş edib. Bundan başqa, qonaqlara Azərbaycan mətbəxinin ləziz yeməkləri təqdim olunub.
Tədbirdə səfirliyimizin əməkdaşları, Ukrayna hökumət orqanlarının, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun, şəhər meriyasının nümayəndələri, Azərbaycan diasporunun, işgüzar dairələrin rəhbərləri və fəalları, ölkənin mədəni elitası və digər qonaqlar iştirak ediblər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Tags:  Dünya Azərbaycanlılarının Həmrəylik Günü Ukraynada qeyd edilib


RƏYLƏR


Top news