Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Manatın məzənnəsi ilə bağlı yeni AÇIQLAMA

Date: 27 December 2015 16:42

Bəzi işbazlar tərəfindən Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinə dair əsassız və doğru olmayan şayiələr yayılıb. Milli.Az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktorluğu bankların kifayət qədər xarici valyuta likvidliyinin olduğunu və müştərilərin xarici valyutaya olan tələblərinin tam yerinə yetirməsinə imkan verildiyini bildirir.

Belə şayiələrin əsassız olduğunu və müəyyən işbazların maraqlarına xidmət etdiyini, Azərbaycan manatının məzənnəsinin kəskin dəyişəcəyinin gözlənilmədiyini nəzərə çatdırır və əhaliyə bu şayiələrə inanmamağı tövsiyə edir.

Milli.Az


Tags:  Manatın məzənnəsi bağlı yeni AÇIQLAMA


RƏYLƏR


Top news