Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada 2 nəfəri güllələyib öldürən azərbaycanlı tutuldu

Date: 27 December 2015 16:49

Rusiyanın Smolensk vilayətində 2011-ci ildə Moskvada iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən azərbaycanlı saxlanılıb. Lent.az Report-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

 

Şübhəli şəxs polis əməkdaşları tərəfindən dekabrın 26-da Rudnya şəhərinin dəmir yolu stansiyasında saxlanılıb.

 

Mənbənin məlumatına görə, hazırda 29 yaşlı gənc həbs olunub.

 

İstintaqın fərziyyəsinə görə, saxlanılan şəxs 6 oktyabr 2011-ci il tarixində Varşava şosesində yerləşən "Moskva" kafesində üç tanışını odlu silah ilə güllələyib. Onların hamısı yaralanıb, sonradan ikisi xəstəxanada keçinib. 


Tags:  Rusiyada nəfəri güllələyib öldürən azərbaycanlı tutuldu

RƏYLƏR


Top news