Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 53 yaşlı kişinin meyiti tapılıb

Date: 27 December 2015 16:54

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Binəqədi rayonunda 53 yaşlı kişinin köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, 1962-ci il təvəllüdlü Paşayev Elşən Ağabəy oğlunun mənzildə bağlı qapı arxasında qalması barədə məlumat daxil olduqdan dərhal sonra Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirilərkən E.Paşayev huşsuz vəziyyətdə aşkar edilib. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı E.Paşayevin vəfat etdiyi müəyyən olunub.

 

Əməliyyat saat 14:57-də başa çatıb. 


Tags:  Bakıda 53 yaşlı kişinin meyiti tapılıb

RƏYLƏR


Top news