​"Real" klubunun prezidenti Mourinyoya müqavilə təklif edib

17:42 27 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 dekabr. REPORT.AZ/ İspaniyanın "Real" futbol klubunun prezidenti Florentino Peres "Çelsi"nin sabiq baş məşqçisi Joze Mourinyoya müqavilə təklif edib.
"Report" "The Sunday Times" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı mütəxəssisin dərhal Rafael Benitesi əvəzləməsini istəyir.
Məlumata görə, Mourinyo hələ ki, bu təklifi qəbul etməyə hazır deyil. Çünki o "Mançester Yunayted"ə rəhbərlik etmək arzusundadır. Portuqaliyalı mütəxəssis yaxın günlərdə klubun uğursuz çıxışlarına görə vəzifəsindən kənarlaşdırıla biləcək Lui van Qal ilə bağlı məsələnin həllini gözləyir.
Mourinyo "Çelsi" klubunun baş məşqçisi postundan dekabrın 17-də uzaqlaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/real-klubunun-prezidenti-mourinyoya-muqavile-teklif-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR