“Qalatasaray”dan transfer hücumu

17:54 27 Dekabr 2015
15 İdman
Ölkə mətbuatı
A- A+

İstanbulun “Qalatasaray” klubu uğursuz keçən ilk dövrədən sonra transfer üçün əməliyyatlara başlayıb. Apasport.az saytının məlumatına görə, artıq 2 futbolçu ilə razılıq əldə edilib, bir oyunçunun isə keçidi gözlənilir.

 

Türkiyə mətbuatı artıq “Kasımpaşa”nın hollandiyalı üzvü Rayan Donkun “aslanlar”la anlaşıdığını və klublar arasında da razılıq əldə olunduğu haqqında məlumatlar yayıb.

 

Digər hollandiyalı Van Rhiyni də artıq Türkiyənin son çempionunun üzvü saymaq olar. Bu iddia isə Hollandiyanın məşhur “De Telegraaf” nəşrinə məxsusdu. Xəbərə görə, “Ayaks”la “Qalatasaray” 2 milyon avroya razılaşıblar. Futbolçunun bir sonrakı transferindən də Amsterdam klubuna haqq ödənəcək. Oyunçu ilə isə 3.5 illik anlaşma imzalanıb.

 

İstanbullular haqqında son transfer iddiası isə məşhur italiyalı jurnalist Cianluka Di Marzioya aiddi. Transferlər haqqında əvvəlcədən verdiyi xəbərlərlə məşhur olan jurnalist “Sevilya”nın italiyalı hücumçusu Çiro İmmobilenin “Qalatasaray”a gedə biləcəyini deyib. Qameyro və Llorentenin yanında olduqca az forma şansı qazanan italiyalı davamlı şans qazana biləcəyi bir komandada çıxış etmək istəyir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226779

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR