Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

PKK terrorçuları xəstəxanaya raket atıb

Date: 27 December 2015 17:54

Bu gün Diyarbakırın Sur rayonunda PKK terror təşkilatına qarşı əməliyyatlar davam etdirilib. Lent.az-ın Doğan xəbər agentliyinə istinadən məlumatına görə, komendant saatının elan edildiyi bölgədə PKK barrikadalarının və terrorçuların sığındıqları xəndəklərin məhv edilməsi əməliyyatı zamanı tez-tez partlayış səsləri eşidilib. Partlayışlardan biri də rayonun Yenişəhər qəsəbəsindəki xəstəxanada baş verib. Terrorçuların Surdan atdığı raket qəsəbə xəstəxanasının üstünə düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmasa da, binaya ciddi ziyan dəyib. 


Tags:  PKK terrorçuları xəstəxanaya raket atıb

RƏYLƏR


Top news