Ötən ilin idman uğurları

18:17 27 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Yola saldığımız 2015-ci il Azərbaycan idmanında da uğurlarla yadda qalacaq. Ölkəmiz ayrı-ayrı illərdə dünya miqyaslı bir sıra mötəbər yarışlara ev sahibliyi etsə də, son günlərini yaşadığımız il Azərbaycan idmanında daha əhəmiyyətli oldu. Çünki köhnə qitədə ilk dəfə təşkil olunan Avropa Oyunlarının keçirilməsi Odlar yurduna həvalə edilmişdi. Kəpəz TV (Region TV) xəbər verir ki, Azərbaycan öz növbəsində Avropanın ona göstərdiyi etimadı boşa verməyərək bu yarışları yüksək səviyyədə təşkil etdi. Hətta gözoxşayan açılış və rəngarəng bağlanış mərasimindən bütün dünya danışdı. Qarşıda əməkdaşımızın Bakı 2015 I Avropa oyunları haqda hazırladığı süjetdə yaddaşlara həkk olunan həmin anları bir daha xatırlayacağıq.

Hələ Avropa Oyunları başlamazdan əvvəl ölkəmizdə qitə yarışının ab-havası duyulurdu. Bakı-2015-in rəmzi alovu öncə Azərbaycanın 60 şəhər və rayonunda qarış-qarış gəzdirilirdi. Oyunların məşəli hansı bölgəni dolaşırdısa, həmin məkanda sakinlər tərəfindən böyük coşqu və  izdihamla qarşılanırdı.
Nəhayət, iyunun 12-dən 28-dək - 17 gün ərzində köhnə qitənin idman mərkəzinə çevrilən Bakıda elə ilk gün təşkil olunan açılış mərasimi bütün dünyada marağa səbəb oldu. Ölkəmiz bu möhtəşəm idman tədbirinə uğurla start verərək uzun illər danışılacaq oyunların təməlini qoydu. 

Bakı 2015 ilk Avropa Oyunlarının açılış mərasimi möhtəşəmliyi ilə yarışların həyəcanını daha da artırdı. Digər mərasimlərə bənzəməyən, fərqliliyi ilə seçilən açılış tədbiri nəinki olimpiya oyunlarından geri qalması, hətta müxtəlifliyi ilə planetin ən böyük yarışını qabaqladı.    
Avropa Oyunlarının sonrakı günlərində tamaşaçılar bir-birindən maraqlı mübarizələrə şahidlik etdilər. 20 idman növü üzrə keçirilən oyunlar ən müasir standartlara cavab verən, bəziləri isə sırf oyunlar üçün inşa olunan 21 idman obyektində reallaşdı. 

"Bakı-2015"də qitənin 50 ölkəsindən olan 6000-dən artıq idmançı 253 dəst medal uğrunda mübarizə apardı. Avropa Oyunlarında bəzi idman növləri üzrə yarışların gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya imkanı yaratması  Avropa oyunlarının əhəmiyyətini daha da artırmışdı. 
Ölkəmiz ev sahibliyi etdiyi yarışda 290 atletlə təmsil olunurdu. Yarışlarda Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanmaqla kifayət qədər uğurlu nəticələrə imza atdı. Bu göstərici ilə Avropa ölkələri arasında qeyri-rəsmi komanda sıralamasında Azərbaycan ikinci yeri tutdu. 

Bakı-2015 I Avropa Oyunlarında Azərbaycan millisinin qazandığı uğurun əsas səbəbkarı kişi idmançılar oldular. Güclü cinsin nümayəndələri mübarizələrdə 42 mükafata yiyələndi. Onlar 18 qızıl, 10 gümüş və 14 bürünc medalla bu siyahıda yalnız Rusiyadan geri qaldılar. Qadınların yarışında isə Azərbaycan yığması 3 qızıl, 5 gümüş və 6 bürünc olmaqla 14 medala sahib çıxaraq 13-cü pillədə qərarlaşdı.  

Azərbaycan Avropa oyunlarında ölkəmiz üçün ənənəvi olan idman növlərində hegemonluğunu ortaya qoymaqla gücünü bir daha göstərdi. 15 çəki dərəcəsində mübarizə aparan boksçuların yarışında yığmamız 11 medal qazandı. Hesabında 6 qızıl, 1 gümüş və 4 bürünc mükafat olan komandamız bu göstərici ilə bütün ölkələri üstələdi. Ən parlaq uğura isə güləşçilərimiz imza atdılar. Yarışlarda 15 mükafat qazanan pəhləvanlar ümumilikdə Azərbaycanın aktivinə 6 qızıl, 2 gümüş və 7 bürünc medal yazdırdılar.

Son illər populyarlıq qazanan və artıq iri addımlarla ənənəvi idman növləri sırasına daxil olan taekvondo yarışlarında da ölkəmiz qeyri-rəsmi komanda sıralamasında ilk pilləni heç bir ölkəyə güzəştə getməyərək Avropa Oyunlarının ən yaxşısı adına yiyələndi. Hesabında 3 qızıl, 1 gümüş və 1 bürünc olan millimiz mükafat qazanan 13 ölkə arasında birinci yerə çıxdı.

Olimpiya oyunlarına daxil olmayan növlərdə də Azərbaycan idmançıları öz sözlərini layiqincə dedilər. Sambo yarışlarında təmsilçilərimiz 4 gümüş medal əldə etdilər. Bakı 2015-də 4 qeyri-olimpiya idman növündən biri olan karatedə isə idmançılarımız 6 mükafatla yadda qaldılar. Onlar ilk dəfə düzənlənən oyunların siyahısına salınan bu döyüş növü üzrə mübarizələrdə 4 qızıl və 2 bürünc medala sahib oldular. 

Bakı-2015 Avropa oyunlarının bağlanış mərasimi də bənzərsizliyi ilə diqqət çəkdi. Bütün dünyada yaxşı mənada səs-küyə səbəb olan yarışların son günü özünəməxsusluğu ilə bağlanış mərasimləri arasında təkrarolunmaz iz qoydu. 

Avropa oyunları başa çatdıqdan sonra isə Azərbaycan prezidenti İlham Əliyev qitə oyunlarında mükafatçı olan  idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşdə iştirak etdi. Tədbirdə Birinci Avropa Oyunlarının keçirilməsində xüsusi xidmətləri olan şəxslər, "Bakı-2015"də uğurla çıxış edən idmançılar, onların məşqçiləri, idman federasiyalarının sədrləri "Azərbaycan Respublikası prezidentinin fəxri diplomu", "Şöhrət", "Dostluq", 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri və "Tərəqqi" medalı ilə təltif edildilər. Bu, dövlətimizin, ölkə prezidentinin idmana və idmançılara göstərdiyi diqqət və qayğının ən yüksək təzahürü idi. 

Azərbaycan Bakı 2015 Avropa Oyunlarına ev sahibliyi etməklə qitənin idman səhifəsinə özünün adını qızıl hərflərlə yazdırdı və bir daha sübut etdi ki, Odlar yurdu nəinki bu tipli yarışların, hətta 4 illiyin ən mötəbər idman tədbiri hesab olunan Yay Olimpiya Oyunlarını da ən yüksək səviyyədə keçirməyə qadirdir. 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Benzinin əvəzləyicisi tapıldı

23 İyun 2017 04:09

Polşaya məxsus hərbi vertolyot İtaliyada qəzaya uğrayıb

23 İyun 2017 04:07

BMT-dən qeyri-adi hesabat:

23 İyun 2017 03:53

QHT-lərə Dövlət Dəstəyi Şurası Balakən və Zaqatalada seminar keçirib (FOTO)

23 İyun 2017 03:50

Xaçmaz sakinlərinin su problemi - Heyvanlarla insanlar eyni yerdən su içir - FOTO/VİDEO

23 İyun 2017 03:48

Rəssam yumurtlayan toyuq oldu - FOTO

23 İyun 2017 03:32

Mayk Pens: Şimali Koreyaya qarşı "strateji səbr erası" başa çatıb

23 İyun 2017 03:29

Bakıda mənzilə basqın: 1 nəfər öldürülüb, 2 nəfər yaralanıb

23 İyun 2017 03:14

Qadını TIR vurdu

23 İyun 2017 02:39

Astroloji proqnoz -

23 İyun 2017 02:33

Gecənin kulrnar vəhşəti - FOTO

23 İyun 2017 02:32

Bakıda işdən evə qayıdan qadın küçədə naməlum şəxslər tərəfindən döyülüb

23 İyun 2017 02:22

ABŞ HHQ Yəməndə 3 "Əl-Qaidə" terrorçusunu məhv ediblər

23 İyun 2017 02:22

Pirallahıda yük maşını yaşlı qadını vurub

23 İyun 2017 02:12

Rusiyaya tərəvəz daşıyan yük maşını qəza törətdi - FOTO/VİDEO

23 İyun 2017 02:08

Bakının məşhur restoranında bıçaqlanma hadisəsi baş verib

23 İyun 2017 02:02

Bakıda ər arvadını xəstəxanalıq etdi

23 İyun 2017 01:59

Dərman alarkən diqqətli olun!

23 İyun 2017 01:57

Bakıda DƏHŞƏTLİ QƏTL: Məşuqəsini ürəyindən vurdu, ana və oğulu da bıçaqladı

23 İyun 2017 01:38

Şimali Koreya ballistik raket üçün yeni mühərriki test edib

23 İyun 2017 01:38

Daşkəsəndə marixuana satmaq istəyən müəllim saxlanıldı

23 İyun 2017 01:34

Qaraçuxurda gənc qız bıçaqlanıb

23 İyun 2017 01:32

Sidney çimərliyində ev - FOTO

23 İyun 2017 01:32

Azərbaycanın Çexiyadakı Səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun toplantısı və iftar yeməyi təşkil edilib (FOTO)

23 İyun 2017 01:29

Yük maşını avtobusa çırpıldı: 21 ölü, 22 yaralı

23 İyun 2017 01:24

Bakıda məşuqəsini qətlə yetirən şəxs daha iki nəfəri ağır yaralayıb

23 İyun 2017 01:22

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin pozulmasından narahatdır

23 İyun 2017 01:08

"İqtisadiyyatda kasıb insanları görmək istəmirəm" -

23 İyun 2017 01:07

KXDR qitələrarası raket mühərrikini sınaqdan keçirdi

23 İyun 2017 00:59

Azərbaycanda İLK DƏFƏ: Görmə əngəlli insanlarla gözlərini paylaşırlar

23 İyun 2017 00:53

Bakıda 4 otaqlı evdə yanğın olub

23 İyun 2017 00:50

Daşkəsəndə qarmon müəllimi marixuana satarkən saxlanılıb

23 İyun 2017 00:47

Suraxanıda ev yandı

23 İyun 2017 00:44

Bakıda 4 otaqlı evdə yanğın baş verib

23 İyun 2017 00:44

Məhkumlara pizza qonaqlığı

23 İyun 2017 00:33

Konfederasiyalar kuboku:

23 İyun 2017 00:26

Aİ: Dağlıq Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır

23 İyun 2017 00:22

KK: Çili - Almaniya matçında qalib müəyyənləşmədi

23 İyun 2017 00:18

Hitlerin doğulduğu evə qiymət qoya bilmirlər

23 İyun 2017 00:17

Astroloji proqnoz - 23 iyun

23 İyun 2017 00:08

Dünya əhalisinin sayı 11 milyard nəfərə çatacaq

23 İyun 2017 00:05

Kurortda sessiyaya çəkildi - FOTO

23 İyun 2017 00:05

Boeing Airbus-ı qabaqlayıb

23 İyun 2017 00:05

Günün qoroskopu: hər şeydən qorxub çəkinməyə dəyməz

23 İyun 2017 00:05

Əkizlərinin adı bəlli oldu

23 İyun 2017 00:05

"Heydər" məscidində bayram namazı nə vaxt qılınacaq?

23 İyun 2017 00:05

Konfederasiyalar Kuboku: Çili-Almaniya matçında qalib müəyyənləşməyib

23 İyun 2017 00:02

Hacıqabulda “OKA” inəklə toqquşub, 5 nəfər yaralanıb - FOTO

22 İyun 2017 23:57

“Samsung” açılıb-bağlanan smartfon hazırlayır

22 İyun 2017 23:57

Hacıqabulda “OKA” iribuynuzlu heyvanla toqquşub:

22 İyun 2017 23:55