Azərbaycan prezidentinin 2015-ci il ərzində fəaliyyəti hansı məqamlarla yadda qaldı?

18:27 27 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

İpoteka ilə bağlı MÜHÜM FƏRMAN (04 Aprel 2017 21:37)
FİFA korrupsiya ilə bağlı hesabatı elan etməyə hazırlaşır (31 Mart 2017 21:57)
Səməd Seyidov: “İki şəxsin etdiyi Avropa Parlamentinin tarixində utanc kimi yadda qaldı” (14 Fevral 2017 12:27)

2015-ci il ölkə prezidenti İlham Əliyevin regionlara səfəri, bir sıra sosialyönümlü obyektlərin açılışında iştirakı ilə yadda qaldı. Kəpəz TV (Region TV) xəbər verir ki, dövlət başçısı səfər çərçivəsində bölgələrdə aparılan abadlıq və quruculuq işləri ilə yaxından tanış oldu. 
 
Prezident İlham Əliyevin regionlara səfəri zamanı açılışı edilən sosialyönümlü və turizm obyektləri, abadlıq və quruculuq işləri aparılan istirahət mərkəzləri bir daha göstərdi ki, son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bölgələrin daha da gözəlləşməsi, regionların simasına yeni elementlərin əlavə olunması ilə müşayiət edilir. Şəhər və rayonlarımızda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların isə yenidən qurulması diqqətdən kənarda qalmır. Sumqayıtda Nəsimi adına şəhər mədəniyyət və istirahət parkının yenidən qurulması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ölkədə neft sektoru ilə bərabər, qeyri-neft sahələrinin də davamlı inkişafına nail olunur. Bu məqsədlə tikilən "Alyans Tekstil" tikiş fabriki ildə 100 min dəst müxtəlif işçi geyimləri - gödəkçələr, kombinezonlar, kostyum və dəstlər istehsal etmək gücünə malikdir.  Beton məmulatı zavodu avadanlığın sayına və həcminə görə, Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir. Dövlət başçısı Sumqayıta növbəti səfərində Texniki Avadanlıqlar Zavodunun açılışı, yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimi oldu.  Elə həmin gün "Azərkimya" İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğular da işə salındı. 

2015-ci il ərzində dövlət başçısının ən çox səfər etdiyi bölgə Aran-Qarabağ bölgəsidir. Mingəçevir şəhər mərkəzi xəstəxanasında ilk dəfə olaraq, 10 çarpayılıq dializ otağı yaradılıb. Bu da dializə ehtiyacı olan xəstələrin hamısını əhatə edəcək və onların paytaxta getməsinə ehtiyac olmayacaq. Tikintisi nəzərdə tutulan "Mingəçevir Sənaye Parkı"nda mahlıc, iplik, toxuculuq, boyama, tikiş və digər istehsal sahələri yaradılacaq, 2 mindən çox sakin işlə təmin olunacaq. "Ağsaray" otel kompleksi də yeni iş yerlərinin açılması baxımından əhəmiyyətlidir. 

Dövlət başçısının Kürdəmirə səfəri çərçivəsində 100 yerlik körpələr evi-uşaq bağçası, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının, Atakişili kənd tam orta məktəbinin binası istifadəyə verilib. Mollakənd-Axtaçı-Öyləqulu və Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Ağsu-Kürdəmir hissəsinin açılışı olub.  

Ağsuya səfər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin, Ağsu Şahmat Məktəbinin yenidənqurma işlərindən sonra açılışı ilə yadda qaldı. İçməli suya tələbatı təmin etmək üçün suyun Külüllü ərazisində Girdimançayın məcrası altından və Ağsuçayın yuxarı hissəsində mövcud olan quzey bulaqlarından götürülməsi nəzərdə tutulub. 
Ucarda bu il quşçuluq sahəsinin inkişafı üçün münbit zəmin yaranıb. Qazıqumlaq kəndi ərazisində hər biri 35 min quş tutumuna malik 25 ferma inşa edilib. Alpout kəndində saatda 6 min quş kəsimi gücünə malik müasir quş əti emalı fabriki tikilib. Göyçay-Ucar avtomobil yolu üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir.  "Göyçay" Su Elektrik Stansiyasının açılışında isə bildirilib ki, stansiya ildə 20 milyon kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. 

Bərdədə ulu öndər Heydər Əliyevin adını daşıyan park-bulvar kompleksi Gəncə şəhərindəkindən sonra ən böyük mədəniyyət və istirahət mərkəzidir. Rayonda Asan Xidmətin fəaliyyətə başlaması isə bürokratik əngəllərin aradan qalxmasına gətirib çıxarıb və korrupsiyaya təsirli zərbə olub. 

Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun istifadəyə verilməsi ilə Alpoud və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi 3 dəfə azalıb. Qarabağ Aqrar Sənaye Parkına 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod daxildir. 

Dövlət başçısı cənub bölgəsinə səfəri zamanı "Astaraçay" MMC-nin Çay Emalı fabrikində yaradılan şəraitlə tanış olub. Astaranın dənizkənarı park-bulvar kompleksi regionun simasını dəyişərək daha da gözəlləşdirir. Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi də  2015-ci ildə yekunlaşdı. 
Aqrar sektorda mövcud olan problemlərin həllini və kompleks yanaşmanı təmin etmək üçün Lənkəranda yeni "Gilan Aqro-Sitrus" təsərrüfatı yaradıldı. Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun inşası sosialyönümlü tədbir olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət daşıyır. 

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərini daha dərindən öyrənmək məqsədilə Cəlilabadda Heydər Əliyev Mərkəzi yaradılıb. Cənublu balacalar da diqqətdən kənarda qalmayıb. 100 yerlik körpələr evi-uşaq bağçası tikilib. Rayon ərazisindən keçən Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolu qəsəbə və kəndlərdəki ara yolların müasir səviyyəyə çatdırılmasını bir daha sübut edir.  

Yol-nəqliyyat strukturunda aparılan dəyişikliklər ölkənin şimal bölgəsindən də yan keçməyib. Siyəzən-Məşrif avtomobil yolundan 4700-dək sakin istifadə edəcək. Şabran rayonunda "Qalaaltı Hotel & Spa" müasir müalicə-istirahət kompleksinin inşası regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. 2015-ci ildə yadda qalan hadisələrdən biri də "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi çərçivəsində Xızı və Siyəzən rayonunda yeni suvarılacaq torpaqlarda meliorativ tədbirlərin başa çatdırılaraq Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi oldu. 

İlham Əliyev - Azərbaycan Respublikasının prezidenti: "Bir də bu layihənin üstünlüyü ondan ibarətdir ki, bu ərazi bizim ixrac bazarlarına da çox yaxındır. Bizim əsas ixrac bazarımız Rusiyadır. Bu il ərzində Rusiyaya bizim ixrac etdiyimiz məhsullar artıb. Burada yetişdirilən məhsulları həm daxili, həm də xarici bazarlara çıxarmaq üçün çox gözəl imkanlar olacaq. Dəmir yolu, avtomobil yolu ilə Rusiya sərhədinə yüz kilometrdən bir qədər çoxdur. Eyni yanaşma qərb zonasında da olmalıdır. Şəmkirçay su anbarı istifadəyə veriləndən sonra artıq orada aqropark tikilir. Orada da bir neçə böyük təsərrüfat yaradılmalıdır. Yəni, eyni layihələri o bölgə üçün də hazırlayın. Düzdür, orada bir layihə artıq başlayır - Şəmkir aqroparkı. Ancaq orada bir çox layihələr icra edilməlidir".  

Ölkə prezidenti İlham Əliyev Şimal-qərb bölgəsinə səfərində Zaqatala-Danaçı-Aşağı Çardaxlar avtomobil yolunun,  Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsi yenidənqurmadan sonra açılışı oldu. Dövlət başçısı Yevlax-Balakən magistral yolu üzərində yerləşən, Yuxarı və Aşağı Tala kəndlərinin, həmçinin Zaqatala şəhərinin ərazisindən keçən hissəsinin genişləndirilməsi və abadlaşdırılması işləri ilə tanış oldu. Səfər zamanı açılışı olan obyektlər sırasında Müəllimlər İnstitutunun Zaqatala filialının, Qoxmuq kənd tam orta məktəbinin və Şəki Məhkəmə Kompleksinin yeni inzibati binası da var idi. Prezident "Marxal" müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olub. Kompleksdə 412 yerdən ibarət 178 otaqlı yeddimərtəbəli mehmanxana binası inşa olunur.

Dövlət başçısının Naxçıvan Muxtar Respublikasına səfəri Beynəlxalq Hava Limanının "Şərq Terminalı" ilə tanışlıqla başladı. Yeniliklər imkan verir ki, hava limanının sərnişin dövriyyəsi 2 dəfədən çox artaraq saatda 150-200 nəfərdən 400-450 nəfərə çatsın. Yenidənqurma işləri təhsil müəssisələri və səhiyyə ocaqlarında da həyata keçirilib. Elə Babək rayonunun Nehrəm kənd 2 saylı tam orta məktəbi,  2 saylı uşaq musiqi məktəbi və Naxçıvan Muxtar Respublika Xəstəxanası da bu sırada yer alıb. Bakı ilə yanaşı, respublikanın bütün regionlarında mühüm yol-nəqliyyat layihələri icra olunur. Bu tədbirlərin nəticəsidir ki, Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu yenidən qurulub. Muxtar Respublikada Sənaye Kompleksinin açılması daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır. Dövlət başçısı səfəri çərçivəsində şəhərdaxili su şəbəkəsi istifadəyə verildi, Naxçıvan Günəş Elektrik Stansiyası açıldı. Bu layihə alternativ enerji mənbəyi kimi gələcəkdə Naxçıvanın enerji təminatının ödənilməsində mühüm rol oynayacaq. 

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Dağlıq Şirvanda sahibkarlara 1,5 mln. manat güzəştli kredit verilib

27 Aprel 2017 19:02

Siyasətçidən kitab yazdı, 1 milyon avro ziyana düşdü

27 Aprel 2017 18:53

Zakir Həsənov ordu generalı Yaşar Gürellə görüşdü

27 Aprel 2017 18:49

Moskva görüşü öncəsi düşmən TƏŞVİŞ İÇİNDƏ: müharibə qərarına SAATLAR QALDI

27 Aprel 2017 18:48

Azərbaycanla Monteneqro arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş imzalanıb

27 Aprel 2017 18:47

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın ilk mərhələsi başlayır

27 Aprel 2017 18:35

SORĞU: Kişi və qadın arasında yaş fərqi nə qədər olmalıdır?

27 Aprel 2017 18:34

60 yaşında 3-cü dəfə evlənən polkovnikin oğlu ATASININ BÜTÜN SİRLƏRİNİ AÇDI: "O bizdən..."

27 Aprel 2017 18:33

Göygöl rayonunun Aşağı Zurnabad kəndində top/minaatan mərmisi aşkarlanıb

27 Aprel 2017 18:32

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

27 Aprel 2017 18:27

Azərbaycanın qadın güləşi üzrə yığma komandasının Avropa çempionatı üçün heyəti açıqlanıb

27 Aprel 2017 18:27

Arda Turanın malikanəsinin görüntüləri yayıldı

27 Aprel 2017 18:26

Bülent Ersoy eşqini etiraf etdi - FOTO

27 Aprel 2017 18:24

“Buna son qoyulmalıdır!” - Moskvadan Türkiyəyə XƏBƏRDARLIQ

27 Aprel 2017 18:18

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları

27 Aprel 2017 18:18

Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib

27 Aprel 2017 18:17

Min dərdin dərmanı "paltar sabunu"

27 Aprel 2017 18:12

Yazıb oxumağı bacarmayanlar 11-ci sinfə necə keçib? - DEPUTAT DANIŞIR

27 Aprel 2017 18:09

“Şalvar qadağası” olan kollecdən REPORTAJ - FOTOLAR

27 Aprel 2017 18:08

Hollandiya səfiri: "Azərbaycanla daha geniş əməkdaşlıqda maraqlıyıq"

27 Aprel 2017 18:07

Azərbaycanda bağlanmış 11 bankın əmanətçilərinə 732,257 mln. manat kompensasiya ödənilib

27 Aprel 2017 18:07

"Nezavisimaya qazeta": Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır

27 Aprel 2017 18:05

"2 milyon manat Eldar Mahmudova çatıb" - MTN generalı

27 Aprel 2017 18:05

​Bu qız dayısının evindən oğurluq etdi

27 Aprel 2017 18:04

İtkin düşən alpinist 47 gün sonra tapıldı - 30 kilo arıqlayıb - VİDEO

27 Aprel 2017 18:03

Avropaya ən çox qaçqın Suriyadan gedir

27 Aprel 2017 18:01

Minləri xilas edən ideya, SSRİ-də ilk mükafat – 62 İLLİK ÖMRÜN AKKORDLARI

27 Aprel 2017 17:59

Ccırıq cinslər bu ilin əsas yaz dəbi oldu

27 Aprel 2017 17:59

Lapşin istintaq materialları ilə tanış oldu

27 Aprel 2017 17:57

Keçmiş MTN generalı: “Bir neçə dəfə Eldar Mahmudovun xüsusi tapşırıqlarını yerinə yetirmişəm”

27 Aprel 2017 17:57

ARDNF-in icraçı direktoru növbəti müddətə "Bank VTB"-nin Müşahidə Şurasına üzv seçilib

27 Aprel 2017 17:57

“Eldar Mahmudov zəng vurub dedi, böyük məbləğdə pul lazımdı” – HƏBSDƏ OLAN MTN GENERALI SİRLƏRİ AÇDI

27 Aprel 2017 17:54

Qadın siyasətçi Kim Çen Inı qəzəbləndirdi: “Ağılını itirmiş qoca...”

27 Aprel 2017 17:53

Azərbaycanda beynəlxalq layihəyə start verildi

27 Aprel 2017 17:52

Kiyev rayon məhkəməsi Roman Nəsirova qarşı həbs qətimkan tədbirinin müddətini iki ay uzadıb

27 Aprel 2017 17:52

Azərbaycanlılar AŞPA-nın binası qarşısında etiraz aksiyası keçirdi - FOTO

27 Aprel 2017 17:48

Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib - FOTO

27 Aprel 2017 17:47

"Kara sevda"nın Nihanı elə yerinə döymə etdirdi ki ... - FOTO

27 Aprel 2017 17:47

Bakıdakı taksilərlə bağlı MÜHÜM TƏKLİF - Nə dəyişəcək? - VİDEO

27 Aprel 2017 17:47

Roma Papası çimərlik kirayə götürdü

27 Aprel 2017 17:46

Kərpic-kərpic tikilən Cocuq Mərcanlı - REPORTAJ

27 Aprel 2017 17:44

"3-4 qadın uşaq salıb, 10-15 kişi impotent olub" - Çovdarov sirləri açır

27 Aprel 2017 17:42

BDU-da sosial mövzuda elmi konfrans keçirilib - FOTOLAR

27 Aprel 2017 17:39

Parisdə polis tələbələrə qarşı gözyaşardıcı qaz tətbiq etdi

27 Aprel 2017 17:38

Nazirdən idman zallarındakı təhlükə ilə bağlı XƏBƏRDARLIQ: "Sağlamlığa ciddi ziyan vurur"

27 Aprel 2017 17:37

Yıldırım və Medvedev gəmini müzakirə etdilər

27 Aprel 2017 17:37

Rusiya XİN Dağlıq Qarabağla bağlı qarşıdakı Moskva görüşünü şərh edib

27 Aprel 2017 17:37

Yeni neyron interfeys mətni beş dəfə sürətli çap edəcək

27 Aprel 2017 17:35

Bu küçələrdə rənglənmə işləri gedir - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ

27 Aprel 2017 17:34

İtaliya gözəlinin indiki halı görənləri DƏHŞƏTƏ SALDI: Üzünə ... - FOTOLAR

27 Aprel 2017 17:33