Bir də özümüzə baxaq...

18:47 27 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Tək Azərbaycanda yox, bütün ölkələrdə inkişaf üçün əsas şərt ölkədə sabitliyin olmasıdır. Öz ərazisində bunu təmin etmiş hər bir dövlət diqqətini yalnız tərəqqiyə yönəltdiyindən onun iqtisadiyyatı da, təhsili də, elmi də, elə idmanı da inkişaf edir. Bu baxımdan özümüzlə qürur duya bilərik. Kəpəz TV (Region TV) xəbər verir ki, yola saldığımız ildə də Azərbaycan öz sabitliyini qoruyub saxlaya bildi. Baxmayaraq ki, zaman-zaman kənar qüvvələrin təzyiqlərini hiss etdik. Xüsusilə də, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edərkən.

Dünyada, xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr fonunda 2015-ci ili ölkədaxili siyasi sabitlik baxımından uğurlu il hesab etmək olar. Şükürlər olsun ki, Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, bu il də ictimai-siyasi sabitliyini təmin etməyi bacardı. Hərçənd bəzi məqamlarda bunu pozmağa çalışan qüvvələr də tapıldı. Məsələn, elə ilin son aylarında Bakının Nardaran qəsəbəsində. Özünü "Müsəlman birliyi" adlandıran hərəkat din pərdəsi altında, islamın müqəddəsliyindən öz çirkin maraqları naminə istifadə etməklə ölkədə təxribatlar, iğtişaşlar, terror aktları törətməyə cəhd etdi. Həm də o ölkədə ki, dünya onu dini tolerantlıq nümunəsi kimi qəbul edib. Noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaranda radikallara qarşı xüsusi əməliyyat keçirdi. İki polisin həyatı bahasına başa gəlsə də, dünyəvi Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlət yaratmaq istəyənlərin qarşısı alındı. Ölkənin başqa bölgələrində də bu "hərəkata" dəstək verənlər oldu, lakin onlar da hüquq mühafizəçilərimizin gözündən yayına bilmədilər. 

Elşad Mirbəşiroğlu - politoloq: "Hesab edirəm ki, Nardaranda baş verənlər onu sübut edir ki, Azərbaycandakı sabitliyi gözü götürməyən qüvvələr var və Azərbaycanın müstəqil siyasəti müəyyən dairələrdə qıcıq yaradır. Bu baxımdan hesab edirəm ki, Azərbaycana müəyyən təzyiq rıçaqlarını işə salmaq məqsədilə Nardaran ətrafında belə bir insident baş verdi. Amma Nardaran hadisəsi bir daha onu göstərdi ki, Azərbaycanda dini dözümsüzlüklə bağlı hər hansı aksiyanı həyata keçirmək mümkün deyil. Və Azərbaycan dövləti sübut etdi ki, Nardaranda baş verənlər sadəcə olaraq, Azərbaycanda din pərdəsi adı altında siyasi sabitliyin pozulmasına yönəldilmiş hallardır və Azərbaycan dövləti bunun qarşısını qətiyyətlə almaq iqtidarındadır".

Nardaran hadisələrinin təsiri səngiməmiş prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı fərman ölkə gündəmini tamamilə dəyişdi. Sənəd Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin yaradılmasını nəzərdə tuturdu. Bu isə o demək idi ki, milli təhlükəsizliyimizi təmin etməli olan nazirlik - qısa adıyla daha məşhur MTN ləğv edildi. Bundan bir müddət əvvəl isə dövlət başçısının sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edilmiş, nazirliyin bir sıra vəzifəli şəxsləri işdən çıxarılmış, bir neçə yüksək rütbəli şəxsləri istintaqa cəlb edilmişdi. Nazirliyin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları ilə əlaqədar başlayan araşdırma "MTN işi" adı ilə gündəmin əsas mövzusuna çevrildi. Ekspertlər Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilərək səlahiyyətlərinin iki quruma verilməsini düzgün qərar kimi qiymətləndirirlər. Onların fikrincə, bu, təhlükəsizlik xidmətinin işinin daha operativ və çevik olmasına gətirib çıxaracaq: 

Elxan Ələsgərov - politoloq: "Bu, dünyada qəbul olunmuş şəkillərdir. Bəzi ölkələrdə təhlükəsizlik orqanları Daxili İşlər Nazirliyidir, bəzilərində ayrıdır, bəzilərində bir yerdədir. Azərbaycan modeli, yəni tətbiq olunacaq model, bizə görə, çox effektli olmalıdır. Çünki biz orta boylu dövlətik. Belə götürək. Bizim təhlükəsizlik üzrə strategiyamız daha çevik olmalıdır. Çevikliyi də əlbəttə ki, bir qurumun içində aparmaq çox çətindir. ABŞ-ı, başqa ölkələri götürsək, orada bir təhlükəsizlik nazirliyi yoxdur, orada müxtəlif qurumlar var ki, bu sahədə fəaliyyət göstərirlər. Misal üçün, maliyyədə ayrıca, dəniz donanmasında ayrıdır. Hərbi kəşfiyyat, əks kəşfiyyat, texniki qurumlar. Biz orta səviyyəli dövlətik, ona görə bizim optimal həm daxili, həm xarici kəşfiyyatın olması bizim üçün müsbət haldır. Mən ümid edirəm ki, bu qurumların fəaliyyəti ayrı olsa da, ciddi koordinasiya şəklində olacaq, çünki bu hamısı bir dövlətin qurumlarıdır". 

2015-ci ildə Azərbaycan daha bir çətin sınaqla qarşılaşdı. Dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusunun qırılması nəticəsində güclü yanğın baş verdi.  Nəticədə rəsmi məlumata görə, 7 nəfər həyatını itirdi, 3-ü "Neft Daşları"nda çalışanlar olmaqla, 25 nəfərin taleyindən isə hələ də xəbər yoxdur. Prezident İlham Əliyevin sərəncamı ilə dekabrın 6-sı faciə ilə əlaqədar ölkədə matəm elan olundu. 

Bu il Azərbaycanda yaşanan irimiqyaslı faciə yalnız bu deyil. Mayın 19-da Bakının Binəqədi rayonunda 16-mərtəbəli yaşayış binasında yanğın baş verdi. Keyfiyyətsiz penoplast üzlüklərin bais olduğu hadisə 15 nəfərin ölümü ilə nəticələndi. Bu, bir həyəcan siqnalı oldu və bundan sonra ölkənin, demək olar ki, bütün bölgələrində təhlükəli üzlüklərin sökülməsinə başlanıldı.

2015-ci il Azərbaycanın bir neçə saatlığa dünya ilə əlaqəsinin kəsilməsi ilə də yadda qaldı. Ölkənin ilkin provayderi "Delta Telecom"-un DATA-mərkəzində qoşulma xətlərindən birinin yanması respublikada təxminən 5 saatlıq internetsizliyə gətirib çıxardı. 

Lakin bu il ölkədə xoş hadisələrin sayı daha çox oldu. Məsələn, daha neçə-neçə şəhid ailəsi və Qarabağ əlili evlə təmin olundu. Ölkənin müxtəlif bölgələrində məcburi köçkünlər yeni salınan qəsəbələrə köçürüldülər. Mingəçevirdə 594, Bərdədə 588 məcburi köçkün ailəsi üçün yeni salınan yaşayış komplekslərinin açılışına prezident İlham Əliyev özü də qatıldı. 

Düzdür, onlar üçün daha xoş xəbər doğma yurdlarına qayıtmaqla bağlı olardı. Amma görünən budur ki, o gün də gələcək. Azərbaycan Ordusu işğal edilmiş torpaqların azad olunması yolunda hazırlıqlarını inamla yürüdür. Və bu il ərzində bir neçə dəfə keçirilən irimiqyaslı hərbi təlimlər də göstərdi ki, Azərbaycan Ordusu istənilən vaxt döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə hazırdır. 

2015-ci ilin ən əlamətdar siyasi hadisələrindən biri də Milli Məclisə seçkilər oldu. Azərbaycan xalqı 5-ci dəfə ölkənin ali qanunverici orqanında onu təmsil edəcək nümayəndələrini seçdi. Düzdür, seçkilər ərəfəsində bəzi xoşagəlməzliklər də yaşandı. Məsələn, Avropanın Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Azərbaycanda seçkiləri izləmək üçün müşahidəçi göndərməkdən imtina etdi. Amma səhər xoruz olmadan da açıldı. Azərbaycan, yerli və xarici ekspertlərin də təsdiq etdiyi kimi, bu seçkiləri də ən yüksək səviyyədə keçirdi.

Ümumiyyətlə, 2015-ci il ölkədə, demək olar ki, bütün sahələrdə uğurlarla yadda qaldı. Bu tendensiyanın gələn il də davam edəcəyi gözlənilir. Ən azından ekspertlər bu qənaətdədirlər ki, Azərbaycanda növbəti ildə də iqtisadi, ictimai-siyasi sabitlik tam təmin olunacaq, çünki...

Elşad Mirbəşiroğlu - politoloq: "Azərbaycanda dövlətçilik kifayət qədər möhkəmdir. Azərbaycanın həm daxili siyasətində, həm  xarici siyasətində praqmatizm mövcuddur. Təbii ki, bunların fonunda da ölkənin stabilliyinin yenə yüksək səviyyədə təmin olunması, ölkənin iqtisadi inkişafını təmin edəcək müvafiq addımların atılması müşahidə olunacaq və bu istiqamətdə dövlətimiz gərəkən bütün qətiyyətli addımlarını atacaq". 

Bir sözlə, bütün proqnozlar müsbətdir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qazıntılar zamanı tapılan sümüklər arxeoloqları dəhşətə gətirdi - FOTOLAR

26 May 2017 11:18

XİN başçısının müavini: "Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq əlaqələri sürətlə inkişaf edir"

26 May 2017 11:17

DİN saxta pul kəsənlərlə bağlı rəsmi məlumat yayıb

26 May 2017 11:17

Bu qadın ildə 77 min qazanır - Sinəsinin ölçüsü 134 sm-dir - FOTO

26 May 2017 11:17

80 milyon avroluq transfer reallaşır

26 May 2017 11:17

Heydər Əliyev Kubokunun püşkü atıldı

26 May 2017 11:15

240 ədəd saxta 100 manatlıq əsginas satarkən tutuldu (FOTO)

26 May 2017 11:15

Baş nazirin həyat yoldaşı: Həm kişidir, həm qadın

26 May 2017 11:13

Bakıda faciə: dostunun evindən meyiti çıxdı

26 May 2017 11:12

Saxta endirimlərlə necə mübarizə aparmalı? - Yeni təklif var

26 May 2017 11:12

Canlı yayımda studiyaya girən it aparıcını qorxutdu - VİDEO - FOTO

26 May 2017 11:12

“Neftçi”nin futbolçusu milliyə çağırıldı

26 May 2017 11:07

Elman Rüstəmovun iş adamları ilə görüşü təxirə salınıb

26 May 2017 11:07

"Qəbələ" "Dinamo" ilə qarşılaşacaq

26 May 2017 11:07

Ötən ay 2 mindən çox talassemiya xəstəsi aşkarlanıb

26 May 2017 11:06

Məşhur müğənni 5 günün içində hər əvvəkli, həm də indiki ərini itirdi

26 May 2017 11:05

Mançester terrorçusu hücuma belə hazırlaşıb - YENİ DETALLAR

26 May 2017 11:03

“İçerde”-nin fraqmenti YAYIMLANDI: hamı göz yaşına boğuldu - VİDEO

26 May 2017 11:03

“DəmirBank”la “Grand Motors”məhkəmədə barışıb

26 May 2017 11:02

"PAŞA Həyat"dan ilk addım – ATA-lara həsr olunan VİDEOÇARX

26 May 2017 11:01

Monteneqronun baş naziri Donald Trampın onu itələməsiylə bağlı insidenti şərh edib

26 May 2017 10:57

Türkiyədə universitet rektoru tutulub

26 May 2017 10:57

Nazirlər Kabineti dövlət sifarişli yerlərin sayını DİM-ə göndərib

26 May 2017 10:57

Bakıda dəhşətli zəncirvari qəza

26 May 2017 10:54

Psixoloji problemi olan aktyor: "Məndən qorxacaqsınız" - FOTO

26 May 2017 10:52

Bakıda dələduzluqda təqsirləndirilən bacılardan birinin cəzası azaldılıb

26 May 2017 10:52

İnsan başından top kimi istifadə edən, xoruzu qurban kəsən, çəpgözlüyü sevən xalq - FOTO

26 May 2017 10:48

"Məni bağışla" deyib 22 nəfəri öldürdü - FOTO

26 May 2017 10:47

Qızın ona təcavüz edən oğlana MƏKTUBU

26 May 2017 10:44

Azərbaycanda IV kurs tələbəsi 2 qardaşın yerinə qəbul imtahanı verdi

26 May 2017 10:43

Azərbaycan "13-cü Türk Dünyası Uşaqları Səs Yarışması"nda iştirak edib

26 May 2017 10:42

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

26 May 2017 10:38

Azərbaycanda indiyədək BELƏ TOY GÖRÜLMƏDİ - VİDEO

26 May 2017 10:38

“FETÖ”-çü professor həbs edildi

26 May 2017 10:38

Xarici kreditorlar ABB-nin restrukturizasiya planını rədd ediblər

26 May 2017 10:37

Respublika Gününə həsr edilmiş "Что, Где, Когда" oyunu keçirilib (FOTO)

26 May 2017 10:36

Əddis-Əbəbədə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd edilib (FOTO)

26 May 2017 10:36

Yeni dron jestlərlə idarə edilir

26 May 2017 10:35

Bakıda yoxa çıxan somalili idmançılar tapıldılar

26 May 2017 10:32

Azərbaycanda bağlanan bankların qorunan əmanətçilərinə 733 mln. manat kompensasiya ödənilib

26 May 2017 10:32

Xaçmazda qaz balonu partladı: yaralananlar var

26 May 2017 10:32

Göyərçinin üzərindən çıxanlar hər kəsi heyrətləndirdi

26 May 2017 10:29

“Don Pipo”ya sui-qəsd: İrəvanda kriminal müharibə başladı – Sarkisyanla avtoritetlərin ŞOK ƏLAQƏLƏRİ

26 May 2017 10:28

Tramp Korsikanı İtaliyaya "verdi"

26 May 2017 10:22

Kapital Bank-ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri təltif edildi

26 May 2017 10:22

Prezident İlham Əliyev AXC-nin şərəfinə ucaldılmış abidəni ziyarət edib

26 May 2017 10:21

Miri Yusif 3-cü dəfə ata olacaq – FOTO

26 May 2017 10:18

Azərbaycanda dollar ucuzlaşdı

26 May 2017 10:18

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək

26 May 2017 10:17

Çimərliyə inəklər "hücum" etdi - FOTO

26 May 2017 10:17