Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kimsə ona əməl etmirsə, başını dərdə salır"

Date: 27 December 2015 19:37

"Sky sports"un eksperti və "Arsenal"ın eks futbolçusu Tyerri Anri başına gələn maraqlı hadisəni yada salıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı sabiq hücumçu "Barcelona"da olduğu vaxt Qvardiola ilə bağlı əhvalatı danışıb.

"Qvardiolanın planı həmişə var. Kimsə ona əməl etmirsə, başını dərdə salır. Bir əhvalat danışmaq istəyirəm. "Barcelona"da çıxış etdiyim vaxt oyunların birində Messi ilə daha çox əlaqə yaratmaq üçün sağ cinaha çəkildim. Qol vurdum və bir çox kəsərli hücumlar təşkil etdim. Qvardiola isə mənə başqa şey tapşırdığı üçün narazı idi. "Sporting Gijon"la matçda ilk hissədən sonra yeganə qolu mən vursam da, fasilədə Pep məni əvəzlədi. Bu baxımdan o, Van Qaala bənzəyir. Hər kəs onun oyun taktikasına hörmətlə yanaşmalıdır. Tez-tez deyirdi: "Mənim vəzifəm odur ki, siz maksimal dərəcədə zamanı rəqib qapıları önündə keçirəsiz. Sizin vəzifəniz isə onları əzməkdir" - Anri deyib.
Qeyd edək ki, həmin oyunun ilk hissəsində hesab əslində 2:0 olmuşdu. Matçın sonunda isə "Barcelona" rəqibini 5:2 məğlub etmişdi.

Milli.Az


Tags:  Kimsə ona əməl etmirsə başını dərdə salır

RƏYLƏR


Top news