Rusiyalı nazir türk futbolçunu təriflədi

20:22 27 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın idman naziri Vitali Mutko rus kanalına açıqlamasında dolayı yolla türk futbolçularla əlqaələrin kəsilməsinə qarşı olduğunu dilə gətirib. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Mutko "Baş verən hadisə bizim insani münasibətlərimizə təsir etməməlidir. Bildiyim qədərilə ölkəmizdə çıxış edən türk futbolçuların sayı çox deyil. Yanılmıramsa, onların sayı 5-dən çox deyil və bu futbolçularla bağlı heç bir problem yoxdur" - deyə münasibət bildirib.

Nümunə olaraq Kazanın "Rubin" klubunda forma geyən Gökdəniz Karadənizi göstərən rus nazir: "İllərdir Rusiyanın əsas komandalarından birində oynayan Karadəniz peşəkər, futbolu sevən və futbola bağlı futbolçudur. Onunla bağlı nə narazılığımız ola bilər ki? O "Rubin"in uğurları üçün əlindən gələni edir" - deyərək fikirlərini tamamlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393491.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR