Bu ölkədə zənginlərlə yoxsulları "utanc divarı" ayırır - FOTO

20:37 27 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Cənubi Amerika ölkəsi Perunun paytaxtında 3 metr hündürlüyündə divar şəhərin yoxsul və zəngin məhəllələrini bir-birindən ayırır.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, üstü tikanlı tellərlə örtülən bu "utanc divarı" nın varlığı ölkədəki insan hüquqları təşkilatlarının etirazına səbəb olub. 

Peru, iqtisadi  bərabərsizliyə görə, yoxsul və  zəngin vətəndaşlar arasında uçurum olan bir ölkədir. 

"Utanc divarı" ya da "Perunun Berlin divarı" olaraq adlandırılan bu divar paytaxt Limanın zəngin bölgəsi olan "San Juan de Miraflores" ilə yoxsul məhəlləsi "Surco"nu bir-birindən ayırır.
Divar, cinayət nisbətinin yüksək olduğu bu bölgədə yaşayanların yaxındakı zəngin məhəllələrində oğurluq etməsinin qarşısını almaq üçün hörülüb.

Zəngimlərin qorxusu elə böyük olub ki, divar 3 metr yüksəkliyində hörülüb. Hətta üstü də tikanlı tellərlə örtülüb. 

Bu divarın olmasına etiraz edən təşkilatlar burada yaşayan uşaqlara yönəlmiş bir layihə həyata keçirərək məsələyə  diqqət çəkməyə çalışıblar.

Layihə üçün uşaqlara boya və fırçalar paylanıb. Yaşadıqları bölgəni əhatə edən rəngsiz və tutqun divar uşaqlar tərəfindən rəngarəng şəkillərlə bəzədilib.

Divarın varlığına olan reaksiya ictimai mediada da sürətlə diqqət çəkib və məsələ ətrafında müzakirələ böyüyüb.

İndi Perulular "utanc divarı" nın yıxılmasını istəyirlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/393502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR