Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Çikaqoda polislə əhali arasında qarşıdurma növbəti yaranıb

Date: 27 December 2015 20:42

Bakı. 27 dekabr. REPORT.AZ/ Çikaqo polisi 19 yaşlı tələbə gənci və 55 yaşlı qadını qətlə yetirib. "Report"un "Amerikanın səsinə" istinadən verdiyi xəbərə görə, onların hər ikisinin Afrika mənşəli amerikalı olduğu bildirilir.
Qeyd edək ki, Çikaqo onsuz da ABŞ Ədliyyə Nazirliyinin təhqiqatı altında idi. Belə ki, ötən il ağdərili polis əməkdaşı 17 yaşlı Afroamerikalı gənci güllələyərək öldürmüşdü.
Polis idarəsinin bildirdiyinə görə, hadisə yerinə gedən polislərə qarşı zorakılığa yol verilib. Polisin açdığı atəş nəticəsində Betti Cons adlı qadın təsadüfən gülləyə tuş gəlib.

Tags:  Çikaqoda polislə əhali arasında qarşıdurma növbəti yaranıb

RƏYLƏR


Top news