Rusiyada valyuta mübadiləsi qaydaları dəyişib

21:27 27 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən Rusiya Mərkəzi Bankının valyuta mübadiləsi əməliyyatları ilə bağlı yeni qaydaları qüvvəyə minib. Milli.Az publika.az-a istinadən xəbər verir ki, yeni qaydalara görə, 15 min rubuldan vəsait çox dəyişdirildikdə bank müştəriləri ad, soyadla yanaşı, qeydiyyat ünvanı, təvəllüdü, əgər varsa VÖEN nömrəsi barədə məlumat verməli olacaq.

Anketi bank əməkdaşı dolduracaq, müştəri haqqında məlumat isə mübadilə əməliyyatından sonra 5 il müddətində saxlanacaq. Valyutanı xarici pasportla da etmək mümkün olacaq.  Bu zaman da qeydiyyat ünanı barədə məlumat vermək lazım gələcək. 15000-dək rublu isə əvvəlki qaydada pasport təqim etmədən dəyişmək olar.

Rusiya Mərkəzi Bankı yeni qaydaların məhdudlaşdırıcı xarakterli olmadığını açıqlayıb. Bankdan bildiriblər ki, bu tədbirlər "çirkli pullar"ın yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləridir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/393506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR