Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Britaniyada daşqınlar: xilasetmə üçün əlavə 500 əsgər cəlb edilib - FOTO

Date: 27 December 2015 21:32

Britaniyada xilasedicilər və ordu York şəhərində yüzlərlə insanı daşqından qurtarmağa çalışır.

Milli.Az "BBC Azərbaycanca"ya istinadən xəbər verir ki, Yorkda Ouse və Foss çaylarının yaxınlığındakı təxminən 3500 mülk yuyulma riski altındadır.
Hazırda İngiltərə, Uels və Şotlandiyada yüzlərlə daşqın xəbərdarlığı verilib, onlardan iyirmisinin "həyat riski" var.
Baş nazir daşqınları "görünməmiş" adlandırıb.
Hökümət bu ərazilərə xilasetmə işlərinə yardım üçün əlavə 500 nəfərlik ordu göndərib.
400 əsgər isə bundan əvvəl Cumbria, Lancashire və Yorkshiredə xilasetmə işlərinə qoşulub.
Rəsmilər deyib ki, təkcə Yorkshiredəki xilasetmə işləri üçün 1500 nəfər lazım ola bilər.
Daşqınların səbəbi, həddən artıq yağıntının düşməsi nəticəsində çayların daşmasıdır.
Baş nazir David Cameron bazar ertəsi daşqından zərər çəkmiş ərazilərə səyahət etməlidir.

Milli.Az


Tags:  Britaniyada daşqınlar xilasetmə əlavə 500 əsgər cəlb edilib FOTO


RƏYLƏR


Top news