Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan paralmentinə hücumun qarşısı alındı

Azərbaycan paralmentinə hücumun qarşısı alındı

Date: 27 December 2015 21:46

Milli Məclisin bu gün günorta saatlarından etibarən erməni xakerləri tərəfindən dağıdılan saytı artıq bərpa edildi.

ANS PRESS-in məlumatına görə, bu gün Ermənistan KİV-də Azərbaycan qanunverici orqanı - Milli Məclisin "Armenian Cyber Army" xaker qrupu tərəfindən sındırıldığı məlumatı yayılmışdı. Göründüyü kimi, qısa müddət ərzində Milli Məclis saytına olan xaker hücumunun qarşısı alındı və sayt tam gücü ilə fəaliyyət göstərir.



Erməni xaker qrupunun yaydığı məlumata görə, Azərbaycan parlamentinin rəsmi saytının fəaliyyəti iki günlük cəhd nəticəsində dayandırılmışdı. Xaker hücumundan sonra saytda aşağıdakı yazı görünürdü:



ANS PRESS məsələ ilə bağlı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu ilə əlaqə yaratsa da, o bu gün qeyri-iş günü olduğundan bununla bağlı heç bir məlumat verə bilməyəcəyini demişdi.


Akif Təvəkküloğlu - Milli Məclisin mətbuat katibi

Daha əvvəl isə erməni
xakerlərAzərbaycan nazirliklərinin saytlarına hücum təşkil etmişdilər.

Məlumata görə, erməni hakerlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin internet saytlarına hücum etdiklərini iddia ediblər.


Tags:  Azərbaycan paralmentinə hücumun qarşısı alındı


RƏYLƏR


Top news