Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Eto`onun komandasına eks "Barselona"lı məşqçi

Eto`onun komandasına eks "Barselona"lı məşqçi

Date: 27 December 2015 21:57

Mövsümün əvvəlində Samuel Eto`onu transfer etməklə çoxlarını təəccübləndirən "Antalyaspor"un yeni baş məşqçisi böyük ölçüdə müəyyənləşib. Goal.az "Fanatik"ə istinadən xəbər verir ki, "Barselona" və "Liverpul"un sabiq futbolçusu Luis Qarsiya Superliqa təmsilçisini çalışdıracaq. Onun bu posta gətirilməsində Eto`o vasitəçi kimi iştirak edib. Luis Qarsiya futbolçu karyerasını 2014-cü ildə başa vurub. Onun son klubu Hindistanın "Atletiko de Kalkutta" komandası olub.

Qeyd edək ki, Yusuf Şimşekin gedişindən sonra komandanın baş məşqçisi rolunu bir müddət Eto`o icra etmişdi.

Milli.Az


Tags:  Etoonun komandasına eks Barselonalı məşqçi

RƏYLƏR


Top news