Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobillərin parklanmasına görə yeni ödəniş metodu tətbiq ediləcək

Bakıda avtomobillərin parklanmasına görə yeni ödəniş metodu tətbiq ediləcək

Date: 27 December 2015 22:28

Bakı. Hüseyn Vəliyev – Trend:

Bakıda avtomobil sahibləri yaxın vaxtlarda təmassız stikerlərin vasitəsilə parklanmaya görə ödəniş edə biləcəklər. Bunu Trend-ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, “Azərpoçt”un poçt şəbələrində və banklarda (“Unibank” “Express Bank”, “AtaBank və s.) xüsusi stikerləri almaq mümkün olacaq. Bir stikerin qiyməti 0,50 manatdan artıq təşkil etməyəcək.

İstənilən rahat qurğunun köməyi ilə stikerin balansını doldurmaq mümkün olacaq. Bunlar “Bakı Kart” balans doldurma üçün aparatlar, nağd vəsaitlərin qəbulu üçün ödəniş terminalları (“MilliÖN, “eManat”, “ExpressPay” və s.) ola bilər.

Mənbə qeyd edib ki, parkomatların interfeysi təmassız ödənişləri dəstəkləyir: “Parklanmaya görə yeni ödəniş vasitəsi parkomatların mövcud funksionalından istifadə etməyə imkan verəcək”.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bakıda avtomobillərin parklanmasına yeni ödəniş metodu tətbiq ediləcək

RƏYLƏR


Top news