İbrahimoviç gələcək karyerası barədə danışıb

İbrahimoviç gələcək karyerası barədə danışıb
22:32 27 Dekabr 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

PSG-nin ulduz fubolçusu Zlatan İbrahimoviç gələcək karyerası barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, futbolçu indiyədək belə vəziyyətlə qarşılaşmadığını bildirib:

"Müqaviləmin müddəti bitir və bu yeni təcrübədir. İstədiyim kluba keçə bilərəm. İndi yalnız PSG haqda düşünürəm. Qüvvədə olan müqaviləmə görə bu komandada hələ 6 ay çıxış etməliyəm. Parislilərə bacardığım qədər kömək etmək istəyirəm. Hələlik hansı çempionata üz tutacağım haqda düşünməmişəm. PSG-nin prezidenti Nasser Əl-Xelayfiylə və qətərli iş adamlarıyla əla münasibətlərim var. Amma indi heç nə deyə bilmərəm. Qətər klubuna mümkün transferim variantlardan biridir. İndi oyunumdan həzz alıram, həmçinin psixoloji və fiziki planda özümü əla hiss edirəm. Hər matçdan ləzzət alıram. Görək, nə olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/393497.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR