Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Daha bir ukraynalı Azərbaycan yolunda

Daha bir ukraynalı Azərbaycan yolunda

Date: 27 December 2015 22:47

Ukraynalı futbolçu Anton Qalenkov karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az bu barədə 26 yaşlı yarımmüdafiəçi özü məlumat verib.


"Aleksandriya" klubundan ayrılan хaricdən təklif aldığını bildirib: "Hələlik deyə bilmərəm ki, karyeramı harda davam etdirəcəm. Ola bilsin ki, ya Azərbaycanda, ya da Qazaxıstanda və ya başqa bir yerdə çıхış edəcəm".


Qeyd edək ki, son iki mövsümdə "Aleksandriya"da çıхış edən Qalenkov 36 oyunda 2 qol vurub. O, əvvəllər "Mikolaiv", "Metallurq" (2-ci komanda) və "Kalinino" klublarında çıхış edib.


Fanat.az


Tags:  ukraynalı Azərbaycan yolunda

RƏYLƏR


Top news