Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan: "Türkiyə sentyabrın sonunda Rusiya..."

Ərdoğan: "Türkiyə sentyabrın sonunda Rusiya..."

Date: 27 December 2015 23:05

"Türkiyə sentyabrın sonunda Rusiya, Suriya, İran və İraqın birgə səyləri ilə Bağdadda fəaliyyətə başlayan İŞİD aleyhinə Koordinasiya mərkəzində iştirak etmədi. Buna səbəb Ankaranın Bəşər Əsəd hakimiyyəti ilə əməkdaşlığı mümkünsüz hesab etməsidir".

"Report" "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Onun sözlərinə görə, sözü gedən mərkəzin işinə qoşulma təklifi Ankaraya gəlsə də, Türkiyə bu təşəbbüsü müsbət qarşılamayıb. "Bu addımı Əsədə görə atmadıq" deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan hazırda İraq ərazisində "təlim məqsədi ilə 650-700 türk hərbçisinin olduğunu" da etiraf edib.

"İŞİD terrorçuları İraq ərasinin 30 faizinə nəzarət edir. Ancaq rəsmi Bağdad bu təşkilata qarşı heç bir ciid addım atmır. Türkiyə isə hər gün İraq ərazisindən qayaqlanan ciddi təhlükələrlə qarşı qarşıyadır", - deyə dövlət başçısı əlavə edib.

Milli.Az


Tags:  Ərdoğan Türkiyə sentyabrın sonunda Rusiya


RƏYLƏR


Top news