Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Darçının faydaları: soyuqdəymədən, qripdən xilas edir, arıqladır...

Darçının faydaları: soyuqdəymədən, qripdən xilas edir, arıqladır...

Date: 27 December 2015 23:12

Qış aylarında soyuq havalardan şikayətiniz varsa, çox üşüyürsünüzdə yeməkdə və çayda darçın istifadə etmək məsləhətdir. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, darçın xolesterolu tənzimləyir və immun sistemini gücləndirməklə bir çox xəstəlikləri önləyir. Bu bitkinin  bir çox faydaları var. Xüsusilə də, şəkəri aşağı salan xüsusiyyəti var. Dəmlədiyiniz çayın içərisinə darçın çubuğu salsanız, həm onun antioksidan xüsusiyyətindən yararlanar, həm də şəkərinizi  yüksəltməmiş olarsınız. 

Eyni zamanda çubuq darçını içəcəyiniz suyun içərisinə ataraq da istifadə edə bilərsiniz. 

Darçın soyuqdəymənin və qripin dərmanıdır. Toz halında olan darçından südə qatıb içmək faydalıdır.Onu daha çox isti içəcəklərdə istifadə etmək lazımdır. 

Bu ədviyyat maddələr mübadiləsini sürətləndirərək, bədəndəki yağların əriməsinə yardım edir. Bundan əlavə, fiziki passivlik insanlarda çəki artımına səbəb olur. 

Darçının yağların əriməsinə müsbət təsir edərək , maddələr mübadilərini sürətləndirir və insanı arıqladır. Toz şəklində olan darçın yeməklərin dadında tünd şəkildə hiss olunduğu üçün bunu sevməyənlərə çubuq darçınlardan istifadə etmək məsələhət görülür.

Milli.Az


Tags:  Darçının faydaları soyuqdəymədən qripdən xilas edir arıqladır

RƏYLƏR


Top news