Aktual mövzular: Dollar alış-satışı , Məzənnə, Hava haqqında, Neftin qiyməti

Jose Kallejon: “Napoli” futbol klubu A seriyasının turnir cədvəlində birinci ola bilər

Jose Kallejon: “Napoli” futbol klubu A seriyasının turnir cədvəlində birinci ola bilər

Apple WWDC 2017 Dates Announced (17 February 2017 15:34)

Date: 27 December 2015 23:23


Roma, 27 dekabr, AZƏRTAC
“Napoli” futbol klubu A seriyasının turnir cədvəlində birinci ola bilər.
Bu sözləri İtaliyanın “Napoli” futbol klubunun hücumçusu Jose Kallejon deyib. Onun sözlərinə görə, hazırda A seriyasının turnir cədvəlində üçüncü yerdə qərarlaşan “Napoli” cədvəlin lideri olan “İnter”dən cəmi bir xal geridədir.
Jose Kallejon deyib: “Əsas odur ki, komandamızın azarkeşləri bizim oyun tərzimizdən həzz alırlar. “Napoli”nin oyunçuları güclü olduqlarına əmindirlər və A seriyasının turnir cədvəlində tarix yazmaq niyyətindədirlər. Rəqiblərimizə hörmətlə yanaşırıq, lakin onlardan qorxmuruq. Neapolda özümü yaxşı hiss edirəm. Çünki məni burada sevirlər.

Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Tags:  Jose Kallejon Napoli futbol klubu seriyasının turnir cədvəlində birinci ola bilər



RƏYLƏR


Top news