Sumqayıtda quruculuq-abadlıq işləri geniş vüsət alıb

23:23 27 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 27 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC 
Sumqayıtda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Şəhərin ümumi görkəminə xələl gətirən fərdi evlərin və çoxmərtəbəli yaşayış binalarının fasadı aqlay daşlarla üzlənir.
AZƏRTAC xəbər verir ki, Sumqayıtda 9 mərtəbəli yaşayış binalarının fasadlarının rənglənməsi və dam örtüklərinin fransız mansardı üslubunda yenidən qurulması işləri aparılır. Hazırda şəhərin 17-ci və 18-ci mikrorayonlarında yaşayış binalarının dam örtüyü dəyişdirilir.
Şəhərin bir çox yerlərində abadlıq işləri aparılır, qəza şəraiti yaradan ağaclar budanır. Bununla yanaşı, binaların girişlərində işıqlandırma sistemi quraşdırılır, məhəllədaxili yollara və əsas küçələrə asfalt örtüyü döşənir. Binaların həyətyanı ərazisində yeni ağaclar əkilir, yaşıllıq salınır.
Sumqayıt Mənzil Təsərrüfatı İdarəsinin baş mühəndisi Atəş Məmmədov AZƏRTAC–a bildirib ki, son üç ayda 1364 yaşayış binasından 1240-da işıqlandırma sistemi quraşdırılıb, 260 zirzəmi sanitar qaydaya uyğun təmizlənib. Şəhərin mikrorayonlarında məhəllədaxili yollara asfalt döşənib. Yaşayış massivlərinin həyətlərində 217 quru ağac kəsilib, 6 minə yaxın ağac əkilib.
A.Məmmədov vurğulayıb ki, bu yaxınlarda Prezident İlham Əliyevin Sumqayıtda 100 yaşayış binasının dam örtüklərinin yenilənməsi ilə bağlı imzaladığı Sərəncam sumqayıtlılar tərəfindən böyük sevinc hissi ilə qarşılanıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_quruculuq_abadliq_isleri_genis_vuset_alib-914812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR