53 yaşlı kişi evində ölü tapıldı

53 yaşlı kişi evində ölü tapıldı
23:34 27 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda mənzildən cəsəd aşkarlanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1962-ci il təvəllüdlü Paşayev Elşən Ağabəy oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirib, zərərçəkmişi huşsuz vəziyyətdə aşkar ediblər.

 

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı E.Paşayevin vəfat etdiyi müəyyən olunub.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR