At arabasından yıxıldı, xəsarət aldı

At arabasından yıxıldı, xəsarət aldı
23:39 27 Dekabr 2015
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəkidə 36 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) lent.az-a verilən məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini, 1979-cu il təvəllüdlü Zaur Oqtay oğlu Mustafayev travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub.

 

Məlum olub ki, 36 yaşlı Zaur Mustafayev kəndin yaxınlığındakı dağlıq ərazisində at arabası ilə hərəkətdə olarkən anidən müvazinətini itirib və yerə yıxılıb. Nəticədə Zaur Mustafayev  ağır qapalı kəllə-beyn travması alıb. Xəstəxananın reanimasiya  şöbəsinə yerləşdirilən Zaur Mustafayevin  hazırda  vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır. 

 

Vüqar Heydərov


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR